
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİ AKADEMİK ƏLİ MUSA OĞLU QULİYEVİN 110 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “MÜASİR NEFT KİMYASININ AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS MƏLUMAT
17 may 2022-ci il tarixində “üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, aşqarlar kimyasının əsasını qoymuş kimyaçı, Azərbaycan və SSRİ Dövlət mükafatları (iki dəfə) laureatı, "Azərbaycanın Əməkdar elm xadimi", akademik Əli Musa oğlu Quliyevin 110 illik yubileyinə həsr olunmuş "Müasir neft kimyasının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Qeyd olunan istiqamətlərdə elmi tədqiqat işləri aparan əməkdaşları konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
ELMİ İSTİQAMƏTLƏR:
- Neft emalı və ağır neft qalıqlarının təkrar emalı texnologiyaları
- Sürtkü materiallarına, yanacaqlara və xüsusi mayelərə əlavə olunan aşqarların alınması və tətbiqinin ekoloji aspektləri
- Polimer kompozision materiallar
Tezislərin tərtibatına tələblər:
Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.
Həcmi 1-3 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12
Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
Məruzəçinin e-mail ünvanı-şrift -12
Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir,
Məruzəçinin adının altından xətt çəkilməlidir.
Məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantında təqdim olunmalıdır.
Ekspertiza aktı -1nüsxə
Qeydiyyat forması (əlavə 1.) -1nüsxə
Materiallar müşayiət məktubu ilə birlikdə elektron nüsxədə AMEA Gəncə Bölməsinin ünvanına göndərilməlidir.
Tezislərin son göndərilmə tarixi: 25 aprel 2022-ci il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçirilmə yeri: AMEA Gəncə Bölməsi, AZ-2000, Heydər Əliyev prospekti - 419
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+99422) 256-14-31; 256-42-63;
Faks: (+99422)256-58-29
E-mail: gb@science.az
Əlavə 1
QEYDIYYAT FORMASI
Məruzənin adı: |
|
| |
Elmi istiqamət: |
|
| |
Müəlliflərin adı, atasının adı, soyadı, elmi dərəcəsi və elmi adı: |
|
| |
| |
| |
| |
Məruzəçi: soyadı, adı, atasının adı |
|
| |
İştirak etmə forması: (lazım olanı qeyd etmək) | O şifahi məruzə O yalnız çap |
Təşkilatın adı: |
|
Əlaqə telefonu: |
|
E-mail: |
|