
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏNCƏ ÜSYANI – AZADLIĞIN BAYRAQDARI” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI MƏLUMAT
27 may, 2022-ci il tarixində “Gəncə üsyanı – azadlığın bayraqdarı” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Marağı olan bütün şəxsləri konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
ELMİ İSTİQAMƏTLƏR:
- Azərbaycan Xalq Cümhuriyyəti
- Qafqaz İslam Ordusu
- AXC-nin son iqamətgahı Gəncə
- Gəncə üsyanı və onun nəticələri
- İstiqlal fədailərinin mühacirət həyatı
Tezislərin tərtibatına tələblər:
Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 3-7 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-2 mm, aşağıdan-20 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12
Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
Məruzəçinin e-mail ünvanı-şrift -12
Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
Məruzəçinin adının altından xətt çəkilməlidir
Məruzələr elektron variantında təqdim olunmalıdır.
Qeydiyyat forması (əlavə 1.) - 1nüsxə
Materiallar müşayiət məktubu ilə birlikdə AMEA Gəncə Bölməsinin e-mail: el-hasanov@mail.ru ünvanına göndərilməlidir
Qoşma: 2 vərəq
Tezislərin son göndərilmə tarixi: 20 may 2022-ci il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçirilmə yeri: AZ-2000, Heydər Əliyev prospekti - 419 AMEA Gəncə Bölməsi
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+99422) 256-14-31; 256-42-63