
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏNCƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI MƏLUMAT
2022-ci ilin dekabr ayında “Gəncə tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Marağı olan şəxsləri konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrinin dinlənilməsi nəzərdə tutulur.
ELMİ İSTİQAMƏTLƏR:
- Gəncə şəhəri qədim və antik dövrlərdə.
- Orta əsrlərdə Gəncə şəhərinin inkişafı.
- Dövlətçilik tariximizdə Gəncənin yeri.
- Müasir dövrdə Gəncə şəhərinin inkişafı.
Tezislərin tərtibatına dair tələblər:
Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 3-7 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-2 mm, aşağıdan-20 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12
Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
Məruzəçinin e-mail ünvanı-şrift -12
Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
Məruzəçinin adının altından xətt çəkilməlidir
Məruzələr elektron variantında təqdim olunmalıdır.
Materiallar müşayiət məktubu ilə birlikdə AMEA Gəncə Bölməsinin e-mail:el-hasanov@mail.ru ünvanına göndərilməlidir.
Tezislərin son göndərilmə tarixi: 20 dekabr 2022-ci il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçirilmə yeri: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA Gəncə Bölməsi.
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+99455) 257-22-56