
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ GƏNCƏ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI MƏLUMAT
4-5 may 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və Gəncə" mövzusunda respublika konfransı keçiriləcəkdir.
Marağı olan bütün şəxsləri konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
KONFRANSIN ELMİ İSTİQAMƏTLƏRİ:
- Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir
- Ulu Öndərin elm, təhsil və mədəniyyətə qayğısı
- Milli-mənəvi dəyərlərin və tarixi irsin qorunmasında Heydər Əliyevin xidmətləri
- Heydər Əliyev Qafqazda davamlı sülhün və multikulturalizm siyasətinin qurucusudur
Tezislərin tərtibatına dair tələblər:
Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.
Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 2-5 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12
Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
Məruzəçinin e-mail ünvanı-şrift -12
Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
Məruzəçinin adının altından xətt çəkilməlidir
Məruzələr elektron variantda təqdim olunmalıdır.
Materiallar müşayiət məktubu ilə birlikdə AMEA-nın Gəncə Bölməsinin e-mail: aynurenagiyeva24@gmail.com ünvanına göndərilməlidir
Tezislərin son göndərilmə tarixi: 07 aprel 2023-cü il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək.
Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçirilmə yeri: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA-nın Gəncə Bölməsi. Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+99455) 795-44-85
Əlavə 1
QEYDIYYAT FORMASI
Elmi istiqamət: |
|
| |
Məruzənin adı: |
|
| |
Müəlliflərin adı, atasının adı, soyadı, elmi dərəcəsi və elmi adı: |
|
| |
| |
| |
| |
Məruzəçi: soyadı, adı, atasının adı |
|
| |
İştirak etmə forması: (lazım olanı qeyd etmək) |
O şifahi məruzə O yalnız çap |
Təşkilatın adı: |
|
Əlaqə telefonu: |
|
E-mail: |
|