
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏNCƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI
MƏLUMAT
17-18 oktyabr 2023-cü ildə “Gəncə tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın keçirilməsində əsas məqsəd ölkənin Qərb bölgəsinin tarixinin elmi əsaslarla araşdırılmasıdır.
Marağı olan şəxsləri konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
KONFRANSIN ELMİ İSTİQAMƏTLƏRİ:
- Qərb bölgəsinin arxeologiyası və etnoqrafiyası.
- Gəncənin qədim və antik dövr tarixi.
- Orta əsrlər dövründə Gəncə şəhəri.
- Milli dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti.
- Müasir mərhələdə Gəncə şəhərinin inkişafı.
Tezislərin tərtibatına dair tələblər:
Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.
Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 3-7 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.
Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12
Müəlliflərin adları –adi hərflərlə, qalın, şrift-12 (məruzəçinin adının altından xətt çəkilməlidir).
Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12
Məruzəçinin e-mail ünvanı-şrift -12
Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
Məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır.
Məruzələr elektron variantda e-mail: aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.
Tezislərin son göndərilmə tarixi: 29 sentyabr 2023-cü il
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Qəbul olunmuş məruzələr haqqında məlumatlar 3 oktyabr 2023-cü il tarixindən başlayaraq müəlliflərə çatdırılacaq.
Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçirilmə yeri: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA Gəncə Bölməsi.
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+99455) 795-44-85
QEYDIYYAT FORMASI
Məruzənin adı: |
|
| |
Elmi istiqamət: |
|
| |
Müəlliflərin adı, atasının adı, soyadı, elmi dərəcəsi və elmi adı: |
|
| |
| |
| |
| |
Məruzəçi: soyadı, adı, atasının adı |
|
| |
İştirak etmə forması: (lazım olanı qeyd etmək) | şifahi məruzə yalnız çap |
Təşkilatın adı: |
|
Əlaqə telefonu: |
|
E-mail: |
|