
01.01.2019
Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək
Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək
Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.
A.Əlizadə bildirib ki, Azərbaycan elminin bugünkü innovativ vəziyyətinin müzakirəsinə həsr olunacaq qurultayda innovativ elmin inkişafı məsələlərindən, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlardan danışılacaq. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək.
Akademik A.Əlizadə artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanıldığını qeyd edib.
Xatırladaq ki, Azərbaycan alimlərinin birinci qurultayı 2014-cü ilin dekabrında keçirilib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.
01.07.2019
Azərbaycan Milli Elmlər Akademiyasında “Məzun günü” keçiriləcək ...
01.01.2019
Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək ...
12.12.2018
AMEA-da akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfr ...
25.05.2017
Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçiriləcək ...
17.05.2016
Gəncədə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq F ...