Fuad Əliyev

 

Fuad Əliyev

Azərbaycan Milli Elmlər Akademiyası 

Gəncə Bölməsinin sədri, akademik

     Əliyev Fuad Yusif oğlu 1950-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur.

    1967-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1972- ci ildə təhsilimi başa vuraraq kimyaçı alim ixtisası almışdır.

    1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda  mühəndis, elmi işçi vəzifələrində işləmişdir.

   1976-cı ildə qiyabi  olaraq  aspiranturaya daxil  olmuş və 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək  namizədlik dissertasiyasını  müdafiə   edərək  kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

   1981-ci ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini və Gəncə Elm Mərkəzinə rəhbərliyinə  göndərilmişdir. 

     1992-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə  müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsinə  layiq görülmüşdür.

   140 elmi  əsərin, 17 elmi ixtiranın və 8 monoqrafiyanın müəllifidir.

   İctimai-siyasi  fəaliyyəti - 1974-cü ildə Aşqarlar Kimyası İnstitutunun komsomol komitə katibi, 1981-91-ci illərdə Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı,  «Ekologiya  və təbii  sərvətlər» daimi  Komissiyasının sədri, 1991-95-ci  illərdə  Gəncə  şəhər Soveti  Rəyasət   Heyətinin    üzvü, 1996-cı ildən Şəhər  İcra Hakimiyyəti Kabinetinin üzvü kimi  ictimai vəzifələrdə fəaliyyət göstərmişdir.

   1996-cı ildən Yeni Azərbaycan  Partiyası Gəncə şəhər  Təşkilatının sədr müavini və Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

   2000-ci ildə Gəncə şəhər İcra Hakmiyyətinin «Fəxri Fərmanı» və  Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin «Fəxri  Fərmanı» ilə təltif olunmuşdur.

   2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalına, 2006-cı ildə isə Prezidentin digər fərmanı ilə Əməkdar elm xadimi  adına layiq  görülmüşdür. 

   2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişəm. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvüdür.

    2015-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə   Bölməsinin sədri təyin edilmişdir.

   Ailəlidir. 2 övladı, 2 nəvəsi var.