XƏBƏRLƏR
17.03.2020 / Mühüm hadisələr
Gəncə üsyanının 100 illiyi

   "YENİ  TƏDQİQAT  ƏSƏRİ  NƏŞRƏ  HAZIRLANIR"

 Azərbaycan xalqının Cümhuriyyət mərkəzi olan Gəncə şəhərində  1920-ci ildə baş verən üsyan   kommunist  özbaşınalığına  son qoymaq  məqsədilə həyata keçirilmiş və bu il onun   100  ili  tamam  olur. 

     Azərbaycan Xalq  Cümhuriyyətinin Şəqrqdə ilk yaratdığı müstəqil və demokratik ölkəni süquta yetirmək məqsədilə   Mayın  25-dən 26-a  keçən  gecə  başlanan  üsyan  zamanı  az vaxt ərzində  şəhərin  mühüm məhəllələri,   Qızıl ordu hissələri tərəfindən  nəzarətə  götürülmüşdür.                            

     Buna baxmayaraq        Mayın 29-da bolşeviklərin    şəhər əhalisi üzərinə  hücumu  uğursuzluqla  başa  çatmış,  üsyançıların əks  hücumları  bolşevikləri ağır  vəziyyətə  salmış və böyük itkilər vermişdirlər.          

     Ağır  məğlubiyyətdən sonra Qızıl ordu komandanlığı  Gəncəyə xeyli əlavə qüvvə  gətirmiş və yenidən hücüm edərək  mayın 31-də  gərgin və qeyri-bərabər döyüşdə  Gəncə  üsyanı yatırılmış,  şəhəri tərk etməyə imkanı olmayan üsyançılar və  dinc əhali mühasirəyə alınaraq  kütləvi  şəkildə  güllələnmişdir.

     Gəncə üsyanı  Azərbaycan xalqının  qəhrəmanlıq və igidlik  səlnaməsinin ən parlaq səhifələrindən biridir. 

     Xalqımızın müstəqillik səlnaməsi olan bu tarixi üsyanının səbəbləri onun tarixi əhəmiyyəti elmi cəhətdən araşdırlmamış, ancaq bir necə məqalə və monoqrafiyalar şəklində çap olunmuş, mətbuatda informasiya xarakterli məlumatlar verilmişdir.

     Bolşevik hakimiyyəti Azərbaycanda bərqərar olduqdan sonra bu tarixi faktlar bilərəkdən unudulmuş, onlar haqda deyilən və yazılan məlumatların sahibləri cəzalandırıdığı üçün tədqiq olunmamış və öz həqiqi qiymətini almamışdır.

     Bölmədə   Gəncə  üsyanının  tarixi köklərinin elmi əsalarla  araşdırılması, xalqımızın  qəhrəmanlıq  mübarizəsi  tarixində onun  yeri və rolunun  hərtərəfli  tədqiq  edilərək yeni bir  monoqrafiyanın  çap olunması nəzərdə tutulur.   

     Kitabın müəllifi, Gəncə Bölməsinin Diyarşünaslıq  İnstitutunun  şöbə müdiri,  professor  Həsənbala  Sadıqov  yeni  kitabın ərsəyə  gətirilməsi məqsədilə  geniş tədqiqat  işləri  aparıldığını, arxivlərdə işlədiyini, xeyli materialların  toplandığını və bu tarixi üsyanla bağlı  bir sıra elm işçilərlə məsləhətləşmələr  apardığını  bildirmişdir.        

     Müəllif vurğulamışdır ki,   Gəncə üsyanının  100 illiyi  münasibətilə  nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti  dövrünün  dərində tədqiq olunmasına, xalqımızın  qəhrəmanlıq  mübarizəsi  səlnaməsinin  daha bir  səhifəsinə  işıq  salmaqla, Azərbaycan tarixinin daha  dərindən öyrənilməsinə və tədqiqinə sanballı  töhfə  olacaqdır.