XƏBƏRLƏR
31.03.2020 / Mühüm hadisələr
“ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN RƏHBƏRLİYİ DÖVRÜNDƏ GƏNCƏ”

Layihə rəhbəri:

Fuad Əliyev                  –

AMEA Gəncə Bölməsinin sədri,  akademik

Redaksiya heyəti:

Həsənbala Sadıqov     –

Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix                                            elmləri doktoru, professor 

 

Elnur Həsənov             –

Mərkəzi aparatın baş mütəxəssisi

 

Vaqif Tanrıverdiyev      –

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

Mətanət Əliyeva           –

Diyarşünaslıq İnstitutunun elmi katibi 

 

Səbuhi  İbrahimov       –     

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı                                    Səhmdar Cəmiyyətinin əməkdaşı

     Kitab Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda dövlət rəhbərliyinə gəlişinin 50-ci ildönümünə həsr olunur.

     “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə” monoqrafiyasının yazılmasında məqsəd müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan dahi şəxsiyyətin 50 il ərzində Respublikaya rəhbərlik etdiyi dövrdə şəhərimizdə ictimai-siyasi və iqtisadi sahədə gördüyü nəhəng layihələri bir daha yada salmaq, vətəndaşlara çatdırmaq və şəhərimizin inkişafında rolunu qeyd etməkdir. Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, Allah onu hər bir xalqa qismət etmir. Bu baxımdan onun zəngin həyat tərzinin tədqiqi, Azərbaycan və azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliği, gələcək dövlətçilik quruculuğunda istifadə olunması hər birimiz üçün dərs vəsaitidir.                         

     Monoqrafiyada Ümummilli liderin 50 il ərzində respublikamızda hakimiyyətdə olarkən ölkənin qədim tarixə və milli-mənəvi dəyərlərə malik olan şəhərimizin inkişafı naminə gördüyü böyük quruculuq-abadlıq işləri haqqında məlumatlar verilir. Belə əsərlərin yazılması və tədqiq olunması bir daha Gəncə sakinlərinə, dahi rəhbərin 1969-cu ildə hakimiyyətə gəldiyi gündən ömrünün sonuna qədər doğma vətəninə, uşaqlıq illərini keçirdiyi Gəncə şəhərinə diqqət və qayğısının təzahürüdür. Sözsüz, kitabda yazılanlar dahi rəhbərin gördüyü saysız-hesabsız işlərin bir qismidir və ölkəmizin, şəhərimizin inkişafı naminə Heydər Əliyev irsinin daha dərindən,  mükəmməl öyrənilməsi dövlət müstəqilliyimizin  qorunması  məqsədini  daşıyır.

                                                         Gəncə - 2019, “Elm”  nəşriyyatı