XƏBƏRLƏR
19.03.2020 / Mühüm hadisələr
“NOVRUZ ADƏT-ƏNƏNƏLƏRİ”

Tərtib edəni:

Ruziyə Quliyeva, filologiya üzrə  fəlsəfə doktoru

Toplayanlar

Sənubər  Abdinova,  elmi işçi

Gülşən Həsənova, elmi işçi

Aynur Mirişli,  elmi işçi

Minayət Əliyeva, elmi işçi 

Elmi  redaktor:

Samir  Pişnamazzadə  tarix üzrə fəlsəfə doktoru 

Rəyçi:

Nərgiz Quliyeva tarix elmləri doktoru, professor

                                              

   

     “Novruz adət-ənənələri” kitabında Xıdır Nəbi və Novruz bayramları, unudulmuş adət-ənənələr, xalq təqvimi, bayram süfrəsi, el-oba oyunları haqqında məlumat verilir və onların hikməti açıqlanır.

     Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi milli özünüdərkin ən mühüm amillərindəndir. Heç təsadüfi deyildir ki, milli adət ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin əsas göstəricisi kimi qəbul edilmişdir.

     Ulu öndər Heydər ƏLİYЕV milli adət-ənənələrimizin öyrənilmməsinə xüsusi önəm vermişdir:

     “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

     Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin alimləri tərəfindən hazırlanmış “Novruz adət-ənənələri” kitabı bu mənada böyük əhəmiyyət kəsb edir, milli-mənəvi dəyərlərimizin elmi cəhətdən işıqlandırılmasında və təbliğində müstəsna rola malikdir.

     Qədim köklərə söykənən Novruz adətlərinin yada salınması, insanlar üçün mahiyyətinin daha dərindən mənimsənilməsində öz töhfəsini verəcəkdir.

     Kitabda Novruz adət-ənənələrinin tarixi kökləri və çərşənbələr haqqında bilgilər, bayramın tarixçəsi haqda maraqlı tarixi faktlar və xalq deyimləri təqdim olunur. Qədim tarixi köklərə bağlı el-oba oyunları xüsusi maraqlı və zənginliyi ilə diqqəti cəlb edir. Toplu hazırlanarkən bu gün də xalqımızın yaşayan Novruz adətləri ilə yanaşı yaxın keçmişimizə də nəzər salınmış, bu mövzuda məqalə və xatirələrə də müraciət edilmişdir.

     Kitab milli-mənəvi dəyərlərimizi öyrənmək və yaşatmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.

Gəncə, “Elm” nəşriyyatı – 2014.