XƏBƏRLƏR
16.04.2020 / Mühüm hadisələr
Gəncə Bölməsinin alimləri dövlət başçısına müraciət ünvanlayıblar

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, bölmənin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov, professor Yusifli Xəlil və qurumun digər alimləri Prezident İlham Əliyevə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejiminə görə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

Hörmətli cənab Prezident.

İnsanlığa təhlükə törədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə dünyanın əksər ölkələri aciz qalaraq kömək istəməyə məcbur oldular. Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən ölkə kimi nümunə göstərilir. Çünki Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görüldü, xalqın rifahı naminə mühüm addımlar atıldı.

Siz hər zaman Azərbaycan vətəndaşını qoruyursunuz, əsil rəhbər kimi hər birimizə dayaq, dəstək olmusunuz.

Azərbaycanın davamlı inkişafı və ölkəmiz üçün taleyüklü məsələlərin həllində Sizə bütün gəncəlilər adından uğurlar, ən əsası, möhkəm cansağlığı arzulayırıq.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

http://elm.az/news/open/12730