XƏBƏRLƏR
13.05.2020 / Mühüm hadisələr
Koronavirus pandemiyasına qarşı AMEA Gəncə Bölməsində həyata keçirilən tədbirlər

   

     Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyasında koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev sərəncam imzalamış və bunun əsasında Gəncə Bölməsində aşağıdakı tədbirlər həyata keçirilir:

  1. Bölmədə işə cəlb edilən əməkdaşlar xidməti vəsiqə ilə təmin olunmuş və elektron hökumət portalında qeydiyyatdan keçirilmişlər.
  2. Binaya daxil olan əməkdaşlar foyedə asılmış məlumatlandırıcı lövhələrlə tanış olur, qoruyucu maska, əlcək və dezinfeksiya materialları ilə təmin edilirlər.
  3. Postpandemiya dövründə Bölmə rəhbərliyinin göstərişi əsasında kimya laboratoriyalarında çalışan alimlər tərəfindən dezinfeksiyaedici məhlullar hazırlanmış, xüsusi qablarda qablaşdırılmış və müvafiq olaraq bölmənin əməkdaşlarına paylanmışdır.
  4. Bütün mərtəbələrdə məlumatlandırıcı lövhələr asılmış və dezinfeksiyaedici məhlullar yerləşdirilmişdir.
  5. Binanın bütün mərtəbələrində, sanitar qovşaqlarında, həmçinin zirzəmilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
  6. Bütün otaqlar ilk tibbi yardım çantaları ilə təmin olunmuşdur və əməkdaşların hərarəti daim yoxlanılır.

     Koronavirus pandemiyasına qalib gəlmək üçün bütün əməkdaşların qeyd edilən mübarizə tədbirlərinə düzgün əməl etməsi çox vacib bir məsələ kimi qarşıda durur. Şəxsi məsuliyyət hissi artırılmalı, təyin olunmuş qaydalara düzgün əməl edilməlidir.