XƏBƏRLƏR
16.04.2021 / Görüşlər
Gəncə bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mərkəzi Elmi Kitabxananın qonağı olub
     AMEA Gəncə bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov AMEA Mərkəzi Elmi Kitabxanasının qonağı olub.
MEK-də oxucular üçün yaradılmış şəraitlə yaxından tanış olan Elnur Həsənova kitabxananın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
 
     Qonaq, AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin adından, bu yaxınlarda MEK tərəfindən biobiblioqrafik göstəricisinin nəşr olunmasında əməyi keçənlərə təşəkkürünü çatdırıb. Həmçinin görüşdə razılığa gəlinib ki, Mərkəzi Elmi Kitabxana ilə AMEA Gəncə bölməsi bu gün olduğu kimi gələcəkdə də birgə əməkdaşlıqlarını davam etdirsinlər.
     MEK ilə yaxından tanış olan Elnur Həsənov ona göstərilən diqqətə görə kitabxananın rəhbərliyinə minnətdarlıq edib.
 
İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 537 19 82