XƏBƏRLƏR
08.05.2021 / Görüşlər
GƏNCƏNIN TARIX-DIYARŞÜNASLIQ MUZEYI YENIDƏN BƏRPA OLUNUR

     Ölkə Prezidenti cənab İlham Əliyev sosial sfera, xüsusilə də milli-mənəvi dəyərlərin qorunması ilə bağlı böyük layihələrin icra olunmasına rəvac verir. Şəhərimizdə son illərdə yeddi muzey, möhtəşəm memarlıq abidəsi olan Filarmoniya və uzun illər ərzində təmirsiz qalmış Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

     Ölkə Prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq Tarix-Diyarşünaslıq Muzeyi də təmir edilərək istifadəyə verilir. Muzeyin tərtibatına elmi əsaslarla yanaşmaq məqsədilə Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırılması” departamentinin rəhbəri, fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Səbuhi Əhmədov AMEA-nın Gəncə Bölməsində alimlərlə görüşərək onların fikrini öyrənmişlər.

     Müzakirələrdə nəzərə alınmışdır ki, Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun əməkdaşları da muzeyin tərtibatında yaxından iştirak edəcəklər.

Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilmişdir.