XƏBƏRLƏR
08.09.2021 / Görüşlər
AMEA GƏNCƏ BÖLMƏSİ ƏMƏKDAŞLARININ TƏLƏBƏ ADINI QAZANMIŞ ÖVLADLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

    AMEA  Gəncə Bölməsində  bölmə əməkdaşlarının qəbul imtahanlarında yüksək  bal toplayaraq tələbə adını qazanmış  övladları ilə görüş  keçirilib.      Görüşdə  AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad  Əliyev ölkəmizin və  Rusiya Federasiyasının  nüfuzlu ali  universitetlərinə  qəbul olunmuş  tələbələri  təbrik edib, onlara uğurlar arzulayaraq gələcəkdə  yaxşı oxumalarını tövsiyə edib, dövlətə və millətə layiq  vətəndaş olmağı arzulayıb.

    Akademik  əldə edilən nailiyyətləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla  davam etdirdiyi  təhsil islahatının nəticəsi kimi dəyərləndirib.

    Görüşdə  çıxış edən valideynlər və tələbələr prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  təhsilə göstərdikləri diqqət və qayğıdan, qazanılan uğurlardan danışmış,  övladlarının  ali təhsil müəssisələrinə qəbul olunmasını da bu qayğının təzahürü kimi dəyərləndiriblər. Tələbə adını qazanan gənclər gələcək nailiyyətləri ilə bu etimadı ləyaqətlə doğruldacaqlarına əminlik ifadə ediblər. 

  Qeyd  edək ki,  Bölmənin  14  nəfər əməkdaşının övladı  2020-2021-ci tədris ili üçün  qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və Rusiya Federasiyasının müxtəlif ali məktəblərinə qəbul olublar.   

  Tədbirin sonunda tələbə adını  qazananlara Bölmə rəhbərlinin  və həmkarlar  ittifaqı təşkilatının qiymətli  xatirə  hədiyyələri  təqdim olunub.