
NIZAMİ LİRİKASI VƏ...
Kitab Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə çap olunur
Tərtib etdilər: Dos.Afaq Yusifli
Gəncə Dövlət Universiteti
Təranə Verdiyeva
AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi
Transliterasiya etdi və
kompüterdə yığdı: Təranə Verdiyeva
Dahi mütəfəkkir, şair Nizami Gəncəvi dünya şöhrətli “Xəmsə”si ilə bərabər lirik şeirlər divanı ilə də məşhurdur. Şairin lirik şeirləri qəsidə, qəzəl, rübai janrlarında yazılmışdır. Nizami Gəncəvi epik şeir sahəsində misilsiz olduğu kimi, lirik bir şair kimi də böyük sənətkardır.
Professor Xəlil Yusiflinin müəllifi olduğu Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqinə həsr edilmiş “Nizaminin lirikası” adlı monoqrafiya ilk dəfə 1968-ci ildə nəşr edilmişdir. Bu kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar müəllifin müxtəlif dövrlərdə dahi şairin həyatının tədqiqi ilə bağlı yazdığı məqalələr də əlavə edilməklə yenidən nəşr olunur. Kitabın adı Şirvan şahı Axsitan ibn Mənuçöhrün (XII əsr) Nizamiyə göndərdiyi məktubdan götürülmüşdür. O, Nizamiyə “Cadu soxən-e cəhan Nezami” deyə müraciət etmişdir.
Monoqrafiya Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqi ilə bağlı aparılacaq yeni tədqiqatlar üçün qiymətli mənbədir.
Gəncə - 2021