
“VƏTƏN MÜHARİBƏSİ – GƏNCƏ ŞƏHİDLƏRİ” KİTABI ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ, ONLARIN TANIDILMASINA SANBALLI TÖHFƏDİR
Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsi tərəfindən “Vətən müharibəsi – Gəncə şəhidləri” kitabı nəşr edilmişdir.
Kitabda Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş şəxslər haqqında verilmiş qərar və sərəncamlar, 131 Vətən müharibəsi şəhidinin tərcümeyi-halı öz əksini tapmışdır.
Dövlət bayrağı günü münasibətilə təşkil olunan tədbirdə nəşr olunmuş yeni kitablar şəhidlərin xatirəsinə etiramın ifadə olaraq bu qəhrəmanları yetişdirən valiyenlərə və ailə üzvlərinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təqdim olunmuşdur.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev başımızın üzərində dalğalanan üçrəngli bayrağın ərazilərimizi qanı, canı bahasına azad etmiş şəhidlərimizi tərənnüm etdiyini bildirdi. Kitabda şəhidlərin ölkə Prezidentinin sərəncamı əsasında medal və ordenlər, onların qısaca tərcümyi-halı öz əksini tapmışdır ki, bu da gələcək gənc nəslin vətənpərvərlik ruhunda böyümələrinə şərait yaradacaqdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan “Vətən müharibəsi – Gəncə şəhidləri” kitabı qəhrəman şəhidlərimizin və şəhərimizə raket hücumu nəticəsində həlak olan mülki şəxslərn - uşaq, qoca və qadının ölməz xatirəsinə etiramın ifadəsidir.
Nəşr olunan yeni kitab şəhidlərimizin və günahsız yerə həlak olmuş mülki şəxslərin xatirəsinə dərin etiramın ifadəsi olmaqla yanaşı, həm də Vətən müharibəsi, onun qəhrəmanları və qələbəyə öz töhfəsini vermiş mülki insanlar haqqında gələcək elmi tədqiqatlar üçün qiymətli mənbədir.