
AMEA GƏNCƏ BÖLMƏSİ NAFTALAN NEFTİ VƏ SƏTHİ AKTİV MADDƏLƏR LABORATORİYASINDA CARİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏR
AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun “Naftalan nefti və səthi aktiv maddələr” laboratoriyasında ötən il həyata keçirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Bölmənin laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru İlahə Cəfərova “ Naftalan neftinin və tullantılarının bentonit, seolit əsasında alınmış adsorbentlərlə kanserogen birləşmələrdən təmizlənməsi” mövzusunda hesabatı dinlənilmişdir.
Hesabatda qeyd edilmişdir ki, “Naftalan nefti və səthi aktiv maddələr” laboratoriyasının apardığı elmi tədqiqat işinin məqsədi Naftalan neftinin və tullantılarının yerli xammal (bentonit, seolit) əsasında alınmış adsorbentlərlə kanserogen birləşmələrdən təmizlənməsidir. Elmi tədqiqat işi iki istiqamətdə yerinə yetirilmişdir.
Qeyd edilmişdir ki, mövzu üzərində elmi-tədqiqat işləri apararkən elmi tədqiqat işi fiziki metodlara əsaslanmışdır. Prosesin gedişində həlledicinin və adsorbentin seçilməsi mühüm hesab olunur.
Naftalan neftini və tullantılarını kanserogen birləşmələrdən təmizləmək məqsədilə yerli xammallar əsasında yeni tərkibli adsorbentlər hazırlanmış, adsorbsiya xüsusiyyətləri öyrənilmiş və tədqiq edilmişdir.
Alınan nəticələr göstərir ki, müalicəvi neftin təklif olunan texnologiyası daha əlverişlidir, Naftalan yağı almağa imkan verir.
Laboratoriyada “Müxtəlif təyinatlı işlənmiş sürtgü yağlarının yenidən bərpasının tədqiqi” mövzusunda aparılan elmi tədqiqat işlərinin məqsədi müasir tələblərə uyğun sürtkü yaşlarının istismardan sonra regenerasiuyasını təmin etməklə tətbiq sahələrini araşdırmaqdan ibarətdir.
İşlənmiş yağların təkrar istehsala qaytarılması onlarəın ilkin tətbiq sahəsindən, yeni texnikanın növündən, iş rejimindən, yağın dəyişilmə müddətindən və sairdən asılıdır. Eyni mühərrikdə məlim məsafələrlə işlnmiş və bərpa olunmuş yağların fiziki-kimyəvi göstəriciləri təyin edilmiş və ilkin göstəricilərlə müqayisə edilmişdir.
Hesabat ətrafında müzakirələrdə kimya üzrə fəlsəfə doktorları Mahirə Şərifova və İmran Qasımov, elmi işçi Mehriban məmmədova, Rasim Tağıyev və başqaları çıxış edərək Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasında hesabat ilində həyata keçirilmiş elmi-tədqiqatlar işlərinin əhəmiyyətini qeyd etmiş, əldə olunan elmi nəticələri qənaətbəxş hesab etmişlər.
Qeyd edilmişdir ki, aparılan elmi-tədqiqat işləri əsasında il ərzində 12 məqalə işlənmiş və dərc edilmişdir.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev il ərzində həyata keçirilmiş elmi-tədqiqat işlərinin nəticələri haqqında fikir və mülahizələrini bildirmiş, laboratoriyanın qarşısında duran elmi-tədqiqat işləri bağlı bir sıra tövsiyələr vermişdir.