XƏBƏRLƏR
17.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN HESABATI

   AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun    2021-ci ildə  həyata  keçirdikləri elmi-tədqiqat  işlərinin  yekunlarına dair hesabat keçirilmişdir.

   Laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru  Mahirə Şərifova  hesabatda qeyd etmişdir  ki,   “Qərb regionunun filiz, qeyri-filiz və məişət tullantılarının təkrar emalı texnologiyası” mövzusu üzrə elmi-tədqiqat işi yerinə yetirilmişdir.

   Elmi-tədqiqat işi AMEA Polimer Materialları İnstitutu ilə  ikitərəfli müqaviləyə əsasən  aparılmışdır.

   Hesabatda  kimya üzrə fəlsəfə doktorları İmran Qasımov və İlahə Cəfərova,  laboratoriya müdiri Mehriban Məmmədova və başqaları çıxış etmiş icra ilə əlaqədar həyata keçirilmiş işlər, görülən tədbirlər və mühüm nəticələrlə bağlı  fikirlərini  bildirmişlər.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev il ərzində laboratoriyada  aparılmış elmi-tədqiqat  işlərinin  nəticələrini təhlil etmiş,  beynəlxalq elmi əlaqələri, xüsusilə də  Rusiya Federasiyası  Kabardin-Balkar  Dövlət Universiteti  ilə elmi  əməkdaşlığın  daha da gücləndirilməsini tövsiyə etmişdir.