XƏBƏRLƏR
17.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİ BİORESURSLAR İNSTİTUTUNUN HESABATI

   AMEA Gəncə Bölməsi Bioresurslar İnstitunun  2021-ci ildə həyata keçirdikləri  elmi-tədqiqat işlərinin  hesabatı dinlənilmişdir.

   Bioresurslar  İnstitutu Boyaq  emalı texnologiyası laboratoriyasının  müdiri, kimya üzrə fəlsəfə doktoru   İmran Qasımov hesabatda qeyd etmişdir ki,  2021-ci ildə Qərb bölgəsinin boyaq bitkiləri və aqrosənaye tullantılarından boyalarnın  alınması tədqiq edilmiş  və tətbiq sahələri müəyyən olunmuşdur.

   Qərb bölgəsinin boyaq bitkilərinin arealı müəyyən edilmiş,  həmin bitkilərdən alınan boyalarla qida məhsulları və lifli materialların boyadılması texnologiyası tədqiq və tətbiq edilmişdir.

   Hesabat  məruzəsi ətrafında müzakirələrdə  kimya üzrə fəlsəfə  doktorları Mahirə Şərifova və İlahə  Cəfərova, laboratoriya müdiri Mehriban Məmmədova  və başqaları çıxış edərək   il ərzində  laboratoriyada həyata  keçirilmiş işlərin əsas  xüsusiyyətlərindən danışmış,  təkliflərini bildirmişlər.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev   il ərzində  həyata keçirilmiş elmi-tədqiqat işlərinin  nəticələri haqqında   fikir və  mülahizələrini   bildirmiş,  laboratoriyanın qarşısında duran elmi-tədqiqat  işləri ilə  bağlı bir sıra tövsiyələr vermişdir.