XƏBƏRLƏR
18.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİ BİORESURSLAR İNSTİTUTUNUN HESABATI

   AMEA Gəncə Bölməsi Bioresurslar İnstitutunun  “Qərb bölgəsinin bitki mənşəli təbii ehtiyatlarından və aqrosənaye tullantılarından alternativ enerji mənbəyi kimi yağların və bioloji-aktiv komponentlərin alınması”  mövzusunda 2021-ci ildə apardıqları  elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan  hesabat dinlənilmişdir.

   Hesabatda qeyd edilmişdir ki, institutda  “ Qərb bölgəsinin bitki mənşəli təbii ehtiyatlarından və aqrosənaye tullantılarından alternativ enerji mənbəyi kimi yağların və bioloji-aktiv komponentlərin alınması” mövzusu üzrə işlər “Bitki mənşəli maddələrdən alınmış birləşmələrin məlhəm və yağlarda  tətbiqi” və  “Aqrosənaye tullantılarından bioloji-aktiv komponentlərin alınması”   mərhələləri  üzrə  işlənmişdir.

   Hesabatın müzakirəsində biologiya üzrə elmlər doktoru  Aynur Bayramova, kimya üzrə fəlsəfə doktorları  Mahirə Şərifova və  İmran Qasımov, laboratoriya müdiri Mehriban Məmmədova və başqaları çıxış edərək aparılan elmi-tədqiqat işinin nəticələri haqqında öz rəylərini bildirmiş, hesabatı qənaətbəxş hesab etmişlər.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  bitki mənşəli maddələrdə  alınmış birləşmələrin məlhəm və yağlarda  tətbiqinin  əhəmiyyətindən danışmış, bir sıra tövsiyələr vermişdir.