
AMEA GƏNCƏ BÖLMƏSİ AQRAR PROBLEMLƏR İNSTİTUTUNUN HESABATI
Aqrar Problemlər İnstitutunun 2021-ci ildə həyata keçirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat dinlənilmişdir.
Alternativ enerjidən istifadə laboratoriyasının müdiri, biologiya elmləri doktoru Vəfa Məmmədovanın Qərb regionunun və Qarabağın su, torpaq və hava ehtiyatlarının ekoloji tədqiqi mövzusunda hesabatında qeyd edilmişdir ki, “Qərb regionunun transsərhəd sularının Orta Kür su anbarlarının fiziki mikrobioloji, minerallaşma dərəcəsi, çirklənmə vəziyyəti, sənaye və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, ekoloji göstəriciləri tədqiq edilmişdir.
Elmi-tədqiqat işləri aparılarkən Kür məcrasında 12 yer seçib, onlarla nümunələr toplanıb analizlər aparilmışdır. Şəmkir və Mingəçevir su anbarlarında ayrıca elmi-tədqiqat işləri aparılmışdır.
Biologiya üzrə elmlər doktoru Aynur Bayramova, kimya üzrə fəlsəfə doktoru Mahirə Şərifova və başqaları çıxış edərək tədqiqat obyekti olan mövzunun əhəmiyyətini qeyd etmiş, hesabatı qənaətbəxş hesab etmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev müzakirələrə yekun vurmuş, bir sıra tövsiyələr vermişdir.