
AMEA GƏNCƏ BÖLMƏSİ NƏBATAT BAĞININ HESABATI
AMEA Gəncə Bölməsi Nəbatat bağının əməkdaşlarının 2021-ci ildə həyata keçirdikləri elmi-tədqiqat işlərinin hasabatı dinlənilmişdir.
Biomühandislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Aynur Bayramova “Azərbaycanın Qərb bölgəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin bitki örtüyündə rast gəlinən faydalı növlərin istifadə perspektivlərinin müəyyənləşdirilməsi” mövzusunda hesabat vermişdir.
Hesabatda Körçay Dövlət təbiət qoruğunda yayılan mamırların növ tərkibini və yayılma qanunauyğunluqlarını müəyyən etməklə aparılan eimi araşdırmaların nəticələri haqqında məlumat verilmişdir.
Aparılmış elmi-tədqiqat işində Korçay dövlət təbiət qoruğunun flora biomüxtəlifliyinin öyrənilməsi, mamırlarının sistematikası, ekologiyası və coğrafiyasına dair ədəbiyyat məlumatlarınə istinad edilmişdir.
Hesabatla bağlı müzakirədə kimya üzrə fəlsəfə doktorları İmran Qasımov və Mahirə Şərifova, laboratoriya müdiri Mehriban Məmmədova və başqaları çıxış etmiş, müzakirə olunan mövzu ilə bağlı həyata keçirilmiş elmi-tədqiqat işlərinin əhəmiyyətini vurğulamış, hesabatı qənaətbəxş hesab etmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışlara yekun vurmuş, tədqiqatın əhəmiyyətini qeyd edərək nəticələrin elmi əsaslarla daha da zənginləşdirilməsi üçün bir sıra tövsiyələr vermişdir.