XƏBƏRLƏR
22.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ DOKTORANT VƏ DiSSERTANTLARIN HESABATLARI DİNLƏNİLDİ

   AMEA Gəncə  Bölməsində   təhsil alan doktorant və dissertantların  2021-ci ildə  apardıqları elmi-tədqiqat  işlərinin  yekunlarına dair  hesabat  dinlənilmişdir. 

   Qeyd  edilmişdir ki, 2021-ci ildə Gəncə Bölməsinin elmlər doktoru hazırlığı üzrə 1 doktorantı,  fəlsəfə doktoru hazırlığı üzrə 2  doktorantı və 1 dissertantı  dissertasiya işini  müdafiə edərək sənədlərini Ali Attestasiya Komissiyasına təqdim etmişdir.

   Hesabat ilində  1 nəfər kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış,   4 nəfərin ilkin müzakirəsi keçirilərək sənədləri müvafiq   Dissertasiya Şuralarına təqdim olunmuşdur.

   Hesabat ilində elmlər doktoru hazırlığı üzrə 1 doktorant, fəlsəfə doktoru hazırlığı  üzrə  2 doktorant və 2 dissertant təhsilini başa vurmuşdur.

   Hazırda Gəncə Bölməsində elmlər doktoru hazırlığı üzrə 5 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 2 doktorant  və 10 dissertant təhsil alır.

   AMEA Gəncə  Bölməsinin  sədri, akademik Fuad Əliyev  Bölmədə təhsil alan  doktorant və  dissertantların  elmi-tədqiqat  işlərini ətraflı təhlil etmiş,  tədqiqat işlərinin məqsədi və vəzifələri,  informasiya  bazası və  işlənmə metodları ilə bağlı  fikir və təkliflərini bildirmiş, bir sıra tövsiyələr vermişdir.