
GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ HESABATI
Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının 2021-ci ildəki elmi təşkilati fəaliyyəti haqqında Gənc alim və mütəxəssislər şurasının sədr Elnur Həsənov hesabat vermişdir. Bölmənin Gənc alim və mütəxəssislər şurasının üzvləri hesabat ili ərzində 10 Respublika və 9 beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişlər.
“Nizami Gəncəvinin şəcərə tarixi” və “Vətən müharibəsi Gəncə şəhidləri” monoqrafiyaları nəşr edilmiş, “Gəncə Səbzikar qəbiristanlığı” kitab çapa təqdim olunmuşdur.
Şura üzvlərinin İsveç, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Litva, Moldova, Belarus, Gürcüstan və digər ölkələrin impakt faktorlu jurnallarında 27 məqaləsi, beynəlxalq və Respublika səviyyəli konfrans məcmuələrində 11 tezisi nəşr edilmişdir.
Gənc alimlər Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibətilə təşkil edilən 18 yerli, Respublika və beynəlxalq onlayn elmi-praktiki konfranslarda məruzələrlə çıxış etmişlər.
“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda Respublika onlayn elmi konfransında iştirak etmişlər.
Şura üzvləri Dövlət Turizm Agentliyinin Gəncə Destinasiya Mərkəzi ilə birgə şəhərimizin turizm marşrutları xəritəsinin tərtibində iştirak etmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev gənc alimlərin uğurlarını qeyd etmiş, ölkəmizin gələcəyinin elmin inkişaf səviyyəsi ilə bilavasitə bağlı olduğunu vurğulamış, gənc alimlərin qarşısında duran vəzifələrlə bağlı bir sıra tövsiyələr vermişdir.