XƏBƏRLƏR
25.11.2021 / Konfranslar, iclaslar
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ “NİZAMİ GƏNCƏVİ İLİ”NƏ HƏSR OLUNAN ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə verdiyi sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və AMEA Mərkəzi  Elmi Kitabxananın təşkilatçılığı ilə şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi və elmi-praktiki konfrans keçirilmişdir.

   Sərgidə Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş Nizamişünas alimlərin monoqrafiyaları, kitabları və nəşr olunmuş jurnallar nümayiş etdirilmişdir.

   Bölmənin sədri, akademik Fuad Əliyev elmi-praktik konfransı açaraq hörmətli  qonaqları  salamlamış, sonra Dövlət Himninin  səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə  konfrans öz işinə başlamışdır.

   Konfransda yerli və xarici Nizamişünas alimlərin dahi şair haqqında fikirlərindən video süjetlər  iştirakçılara  təqdim olunmuşdur.

   Elmi-praktik konfransda   AMEA-nın  Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla  Quliyeva “Nizami Gəncəvi irsinin  araşdırılmasında informasiya  resurslarının rolu”,  Mərkəzi Elmi Kitabxananın İnnovativ  layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədova “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliğu”, Mərkəzi Elmi Kitabxananın Avtomatlaşdırma və proqram  təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi”  biblioqrafik göstəricisi”  mövzularında mərizələr dinlənilmişdir.

   Gəncə Bölməsinin əməkdaşları - Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyevanın “Gəncəli şair Nizami qlobal şəxsiyyətdir”,  elmi işçi Vüsalə Hüseynovanın “Şeyx Nizami irsinin təbliğində Gəncə kitabxanalarının əhəmiyyərti”,  böyük elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyevanın “XXI  столетие размышления о поете  ХII века  Низами Гянджеви”,  böyük elmi işçi , filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun  “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, elmi işçi  Xəyalə  Hüseynovanın “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd peyğəmbərlik və insanlıq etalonu” və elmi işçi Türkan Verdiyevanın “Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri”  mövzularında  mərizələri dinlənilmişdir.

   Elmi-praktik konfransın iştirakçıları müzakirə olunan məsələrlə  bağlı  çıxışlar  etmişlər.

   Sonda  akademik Fuad Əliyev  ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən  dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans və sərginin əhəmiyyətini yüksək qiymətləndirmiş,  məruzə  və çıxışlarda səslənən fikir  və təkliflərin   dahi mütəfəkkirin ədəbi irsinin daha dərindən tədqiqi və təbliğində  əhəmiyyətini  xüsusilə  qeyd etmişdir.

   Təklif olunmuşdur ki, elmi-praktik konfransın materialları kitabça şəklində nəşr edilərək elmi-tədqiqat institutları , kitabxanalar və məktəblərə təqdim olunsun.