XƏBƏRLƏR
23.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİ HUMANİTAR TƏDQİQATLAR İNSTİTUTUNUN HESABATI

   AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar institutunun 2021-ci ildə  həyata  keçirilmiş elmi-tədqiqat  işlərinin yekunları haqqında  hesabatı  dinlənilmişdir.

   Qeyd edilmişdir ki, hesabat ilində Azərbaycan dilinin Gəncə dialektinin  qrammatik xüsusiyyətləri  tədqiq  olunmuş,  Qərb regionu folkloru  toplanıb araşdırılmış  və  Qarabağ ədəbi-mədəni mühiti  mövzuları üzrə  elmi-tədqiqat işləri aparılmışdır.

   Elmi işçi Vüsalə Hüseünovanın  “Qarabağ ədəbi-mədəni mühiti” mövzusu  üzrə aparılmış  elmi araşdırmalarının nəticələri  haqqında məlumatı dinlənilmişdir.

   Günay Cəfərova  qeyd etmişdir ki, dialekt və şivələrdə  işlənən, ədəbi dildə təsadüf  olunan və olunmayan 4 minə yaxın dialekt söz   toplanmışdır.  Bu sözlərin hər biri dialektolojı lüğətin toplanma və tərtibat prinsiplərinə uyğundur.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  tədqiqat  işlərinin nəticələri ilə bağlı iradlarını bildirmiş, tədqiqatın əsas  məqsədi və vəzifələri,  işlənmə metodlarının zənginləşdirilməsi ilə bağlı   bir sıra tövsiyələr vermişdir.