XƏBƏRLƏR
22.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİ DİYARŞÜNASLIQ İNSTİTUNUN HESABATI

   AMEA Gəncə Bölməsi  Diyarşünaslıq  İnstitutu  əməkdaşlarının  2021-ci  ildə apardıqları elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir.

   Hesabatda Gəncə xanlığının qonşu dövlət və xanlıqlarla münasibətləri (XVIII əsrin sonu XIX əsrin əvvəlləri), Gəncə XVI-XVIII əsrlərdə Səfəvi-Osmanlı  münasibətlərində” və  “Qarabağ ermənilərinin mənşəyinin tədqiqinə aid yeniliklər barədə məlumat verilmişdir.

   Tarix şöbəsinin müdiri,  professor Həsənbala Sadıxov  1919-cu ildə Qafqazda ABŞ-ın  erməni siyasəti haqqında yeni arxiv materiallarını təqdim  etmiş, uydurma  tarixə  sahib ermənilərin dünyada törətdikləri dağıntıları, xüsusilə də azərbaycanlılara qarşı soyqırımı  vandallığın ən  dəhşətli nümunəsi kimi vurğulayaraq, dünya tarixində dəhşətli erməni dağıntılarını  HAYDALİZM  adlandıraraq bu istiqamətdə   elmi-tədqiqat  işləri  haqqında  məlumat vermişdir.

   Hesabat ilində 2  monoqrafiya, 3  kitab nəşr olunmuşdur.  Xaricdə 9 məqalə və 2 tezis olmaqla 19 məqalə, 8 tezis  dərc edilmişdir. AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  Diyarşünaslıq İnstitutunun  illik  hesabatı ilə bağlı fikirlərini söyləmiş,  bir sıra tövsiyələr vermişdir.