XƏBƏRLƏR
28.12.2021 /
NİZAMİ GƏNCƏVİ İRSİNİN TƏDQİQİ VƏ TƏBLİĞİNƏ GÖRƏ FƏRQLƏNƏN ƏMƏKDAŞLAR MÜKAFATLANDIRILMIŞDIR

   Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin  dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin 880 illiyi münasibətilə verdiyi  Sərəncama  əsasən  il ərzində   dahi şairin  bədii irsinin tədqiqi, təbliği və öyrənilməsi sahəsində həyata  keçirilmiş işlərə yekun vurulmuş, ölkə nizamişünaslarının ən   yaxşı  kitab və monoqrafiyalarının və  məqalələrin müəllifləri mükafatlandırılmışlar.  Gəncə Bölməsinin  bir qrup əməkdaşı da Nizami  Gəncəvinin 880 illik yubileyi  münasibətilə dahi şairin həmşəyaşar  irsinin tədqiqi və təbliği sahəsində fəaliyyətinə görə təltif  edilmişdir.

   AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin yığıncağında  mükafatların təqdimetmə mərasimi olmuşdur.  

   Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yığıncağı açaraq tədbirin çox əlamətdar vaxta  təsadüf etdiyini  xüsusi vurğulamış,  öz adından və Rəyasət Heyətinin üzvləri  adından   Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevi  yubileyi münasibətilə təbrik etmişdir.    

   Yığıncaqda Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Vasif  Cənnətov  Nizami Gəncəvi ili çərçivəsində şəhərdə görülən işlər  haqqında məlumat vermiş,  nailiyyətlərə  Gəncə Bölməsi əməkdaşlarının töhfələrini xüsusi vurğulamışdır.  Yubiley ilində  Nizami Gəncəvi yaradıcılığına verdiyi  töhfələrə görə  Bölmənin  bir qrup əməkdaşına  Respublika Mədəniyyət   nazirliyin  Xatirə Nişanlarını təqdim etmişdir. 

   Nizami Gəncəvi ili çərçivəsində  dahi şair və mütəfəkkir Nizami Gəncəvinin bədii irsinin  tədqiqi və təbliği sahəsində fəaliyyətinə görə  Gəncə Bölməsinin bir qrup  əməkdaşına   AMEA Rəyasət Heyətinin, AMEA Humanitar Elmlər Bölməsinin, habelə  Gəncə Bölməsinin  mükafatları   təqdim olunmuşdur:

Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə; 

 Akademik  Fuad Yusif oğlu Əliyev                                                                

Professor Xəlil Həmid oğlu Yusifli       

 Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin  Fəxri Fərmanı ilə;                                                                               

Sevda  Firudin qızı Qurbanəliyeva

Rasim Mustafa oğlu   Tağıyev

Əlimuxtar  Həsən oğlu  Muxtarov

Elnur  Lətif  oğlu  Həsənov 

Aləmzər  Tofiq qızı Tağıyeva 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin  Nizami Gəncəvinin 880 illiyi Xatirə nişanı ilə;                             

 Fuad  Yusif oğlu  Əliyev       

Xəlil  Həmid oğlu Yusifli

Əlimuxtar Həsən oğlu Muxtarov                                

Aləmzər  Tofiq qızı Tağıyeva

Təranə Fizuli qızı  Verdiyeva

Xəyalə Rasim qızı Hüseynova

Türkan Müzadil qızı Verdiyeva

 AMEA Gəncə Bölməsinin Fəxri Fərmanı ilə;   

Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə

Təranə Fizuli qızı Verdiyeva

Xəyalə Rasim qızı Hüseynova

Türkan Muzadil qızı Verdiyeva

Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində səmərəli fəaliyyətinə görə           

 Sara Mirabbas qızı Əzizova

Mətanət İkram qızı Əliyeva

Vüsalə Cəbrayıl qızı Hüseynova

Nailə Cəmil qızı Mirzəyeva 

İlhamə  Tofiq qızı Əliyeva

Çimnaz Qabil qızı Vəliyeva

Simuzər Xaliq qızı Qafarlı     

Əhməd Əkrəm oğlu Aslanov

Vüsal Hidayət oğlu Eminbəyli

təltif  olunmuşlar.         

   Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevin anadan olmasının 60 illik yubileyi münasibətilə  Gəncə Bölməsi adından  təbrik  məktubu göndərilməsi qərara alınmışdır.

  Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik  Ramiz Mehdiyevə yığıncaq iştirakçıları adından minnətdarlıq ifadə edən təşəkkür məktubu ünvanlanmışdır.