
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNUB
Martın 5-də AMEA Gəncə Bölməsində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu mötəbər elm məbədində çalışan qadınları bayram münasibətilə təbrik edib, onlara üzün ömür, can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Akademik, qədim şəhərin elm, təhsil, mədəniyyət və içtimai-siyasi həyatında qadınların fəal rolunu, qazandıqları uğurları vurğulayıb. Qeyd edlib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Respublika Prezidenti cənab İlham Əliyev bu ənənəni uğurla davam etdirib, qadınların cəmiyyətdə layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm vəzifəsi kimi qarşıya qoyub.
Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik incəsənətinin və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Çoxşaxəli fəaliyyəti ilə müasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Gəncə Bölməsinin Həmkarlar Komitəsinin sədri Nailə Hacıyeva, Bölmənin Yeni Azərbaycan Partiyası təşkilatının sədri Elnur Həsənov, Qadınlar təşkilatının sədri Mətanət Əliyeva, İşlər idarəsinin rəisi Rasim Tağıyev, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlmuxtar Muxtarov, laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov Gəncə Bölməsində çalışan qadınları bayram münasibətilə təbrik edib, onların fəaliyyəti üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıblar.
Bu gün Gəncə Bölməsində 3 nəfər elmlər doktoru, 9 nəfər fəlsəfə doktoru xanımlarımız gərgin elmi-tədqiqat işləri aparır, elmi-təşkilati işlərə öz töhfələrini verirlər.
Bayram tədbirində Bölmənin elm və içtimai-siyasi həyatında fəal iştirak edən qadınlara tər çiçəklər təqdim edilib.