XƏBƏRLƏR
05.05.2022 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində "Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçirilib

 

   Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ili "Şuşa İli" elan etməsi Sərəncamından irəli gələrək AMEA Gəncə Bölməsində “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda  respublika konfransı keçirilib.

   Konfransda şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev,  respublikanın müxtəlif elmi tədqiqat institutları və univeritetlərinin əməkdaşları iştirak etmişlər.         

   Konfransı giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov açaraq bildirdi ki, möhtərəm Prezident cənab İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı verdiyi Sərəncam çox mühüm tarixi sənəddir və Qarabağ tarixinin araşdırılmasında nəinki Şuşamızın, bütünlükdə Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsinə töhfələr verəcəkdir.

   Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində “Şuşa İli” çərçivəsində keçirilən elmi-praktik konfrans dahi rəhbərə alimlərin göstərdiyi diqqət və qayğıdır.

   Belə konfranslar Qarabağın tarixinin və mədəni irsininin dərindən öyrənilməsinə və dünyada tanıdılmasına imkanlar açır və bunları müxtəlif dillərə tərcümə edib kitabxanlara, institutlara təqdim etmək lazımdır.

   Fuad Əliyev çıxışında qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi haqqında Sərəncama əsasən Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsdiq etdiyi plana uyğun olaraq, Bölmədə növbəti elmi-praktik konfrans keçirilir.

   Konfransda müxtəlif İnstitutların təqdim etdiyi məqalələr öz dəyərinə və tarixi əhəmiyyətinə görə çox vacib məsələlərin açılışına köməklik edir və bu mövzuların öyrənilərək nəşr olunması ən vacib problemlərdən biridir.

   Konfransda Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun əməkdaşı, professor Həsənbala Sadıqov “Azərbaycanda Vətən müharibəsində Zəfər ruhunu əbədiyyətə qədər qorumalıyıq”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin  direktoru, professor Xəlil Yusifli “Qarabağ ədəbi-mədəni mühiti”,   AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya və Neft Kimya Prosesləri  institutlarının əməkdaşları Elmir Babayev və Yetər Babaşova “Qarabağ xalçaları və boyaqçılq”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova “Qarabağ – Qədim Azərbaycan yurdu”, Şirvan şəhər 16 nömrəli məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova “İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanında Qarabağ elatının məişəti”, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə”, Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşı Mahiyyə Kərimova “Şuşanın XVIII-XIX əsr memarlıq abidələri” və Qarabağan tarixinə həsr olunmuş digər 25-dən artıq mövzularda məruzələr dinlənilmişdir.

   Konfrans iştirakçıları proqrama uyğun olaraq Gəncədə Heydər Əliyev Park-Kompleksi, Nizami Gəncəvi Məqbərəsi, İmamzadə dini ziyarətgahı və Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə məruz qalan ərazi ilə tanış olmuşlar.