25.06.2024
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “İctimai və humanitar elmlər” seriyası üzrə elmi məqalələrin qəbulu davam edir.
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “İctimai və humanitar elmlər” seriyası üzrə elmi məqalələrin qəbulu davam edir.
Hörmətli həmkarlar!
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı "İctimai və humanitar elmlər" seriyası üzrə II rüb 2024 cü il 2 (10) saylı buraxılışı üçün elmi məqalələrin qəbulu davam edir.
Məqalələrə tətbiq olunan tələblər aşağıdakılardır:
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİ «XƏBƏRLƏR MƏCMUƏSİ»
(İCTİMAİ VƏ HUMANİTAR ELMLƏR SERİYASINDA DƏRC OLUNMAQ ÜÇÜN
TƏQDİM OLUNAN MƏQALƏLƏRİN TƏRTİB OLUNMASINA DAİR
TƏLƏBLƏR
- «Xəbərlər məcmuəsi» elmi jurnalında ictimai və humanitar elmlər sahəsində tamamlanmış tədqiqat işləri çap olunur. Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi yolverilməzdir. «Xəbərlər məcmuəsi» elmi jurnalında çap edilən hər bir müəllifin məqaləsi üçün DOİ prefiksi təyin edilir.
- Məqalələrin mətni 3 hissədən ibarət olmalıdır: Giriş, Əsas hissə, Nəticə. Məqalənin sonunda elm sahəsinin və məqalənin məzmununa uyğun olaraq işin elmi yeniliyi aydın şəkildə verilməlidir. Məqalənin adı yığcam olmaqla məqalənin məzmununu əhatə etməli, məlumatverici xarakter daşımalı və çox uzun olmamalıdır. Məqalənin həcmi 5-10 səhifə olmalıdır.
- Əlyazmanın orijinalı mükəmməl redaktə edilmiş halda, mətni yığcam olmaqla 2 nüsxədə (həmçinin elektron forması diskdə), tədqiqat sahəsi üzrə mütəxəssis rəyi, müəllif arayışı, müəssisənin müvafiq şöbəsinin qərarı, plagiat arayışı əlavə edilməklə redaksiyaya təqdim edilməli və 2-ci nüsxənin sonunda müəllif(lər) imza etməli, iş yerlərinin ünvanlarını, telefon nömrələrini qeyd etməli və onun redaksiyaya təqdimolunma tarixi göstərilməlidir. Əlyazmaların elektron qaydada təqdim edilməsi də mümkündür və bu zaman onlar jurnalın elektron poçtuna göndərilir.( ghumanitar@ru)
- Məqalədə açar sözlər üç dildə (Azərbaycan,rus və ingilis), kursivlə verilməlidir.
- Məqalənin mətni Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,15 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.
- Vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsi yazılmalı, sağda müəllif(lər)in adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı və ünvanı, müəllif(lər)in elektron poşt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır. Sonra altda səhifənin ortasında məqalənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır. Yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şiriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq aşağı sağ küncdə nömrələnməlidir.
- Azərbaycan dilində olan məqalələrin xülasəsi rus və ingilis dillərində, rus dilində olan məqalələrin xülasəsi Azərbaycan və ingilis dillərində, ingilis dilində olan məqalələrin xülasəsi Azərbaycan və rus dillərində verilməli və həcmi 200-250 sözdən ibarət olmalıdır. Məqalənin müvafiq dillərdə olan eyniməzmunlu xülasələri məqalənin məzmununa uyğun olmalıdır. Xülasələrdə, müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. yığcam şəkildə öz əksini tapmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir.
- Məqalənin mətninin sonunda istifadə olunmuş ədəbiyyatların siyahısı əlifba sırası ilə "Ədəbiyyat siyahısı" hissəsində verilməlidir. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı elmi mənbələrə, istinadlara üstünlük verilməlidir. Mətndə ədəbiyyat materiallarına istinad düz mötərizədə göstərilir (məsələn: mənbəyə bütövlükdə istinad edildikdə [1] və ya [3,5,8], sitat gətirildikdə [4, s.17-18] ).
- Mənbələr müəllif(lər)in soyadı, ad(lar)ının ilk hərf(lər)i, mənbənin adı, nəşr yeri (məqalədirsə – jurnalın adı, məruzədirsə – konfransın adı, kitabdırsa - nəşriyyatın və şəhərin adı), cildi (çoxcildi əsərlər üçün sayı) və səhifə sayı göstərilən strukturda verilməlidir. İnternet səhfələrinə istinadlar mütləq gün, ay, il olmaqla, istifadə olunduğu tarix göstərilmək şərtilə tam ünvan şəklində olmalıdır. Mətndə istifadə edilməyən mənbələr «Ədəbiyyat siyahısı» hissəsində göstərilməməlidir.
- Cədvəllər və şəkillər adları və sıra sayları yazılmaqla mətndə verilir. Cədvəllərin adları və sıra sayları cədvəlin üst sağ küncündə, şəkillərin adları və sıra sayları isə şəklin altında sol küncündə yerləşdirilərək, . ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən, müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır.
- Məqalənin mətnində sözlər, ümumi qəbul edilmiş bir neçə ixtisarlar və çoxişlənən akronimlər (və s., məs., ABŞ, BMT) istisna olmaqla, tam açıq verilməlidir.
- Redaksiya heyəti məqalədə lazımi düzəlişlər etmək və məqalənin əsas məzmununa xələl gətirməyən ixtisarlar aparmaq hüququna malikdir.
- Məqalə redaksiyaya elektron formada daxil olduqdan sonra müvafiq bölmədə müzakirə edilir və məqalənin dərc olunub olunmaması barədə müəllif(lər)ə xəbər verilir. Məqalə müəllif(lər)ə düzəliş üçün geri qaytarıldıqda müvafiq düzəlişlər edildikdən sonra köhnə mətn ilə birlikdə redaksiyaya bir ay müddətinə qaytarılır. Məqalənin dərc olunmaması barədə məlumat alınmayanadək müəlliflərin məqaləni başqa yerdə dərc olunmaq üçün təqdim etmələrinə icazə verilmir.
- Məcmuənin hər nömrəsində bir müəllif 1 məqalə, akademik və müxbir üzvlər isə 2 məqalə dərc etdirə bilər.
- Düzəliş edilmiş və qaralanmış məqalələr qəbul olunmur. Məqalələrin mətni elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır.Texniki ekspertiza zamanı plagiat faktı və məqalənin çap olunduğu aşkarlanarsa, çapdan imtina edilir.
- Məcmuənin bir nüsxəsi müvafiq institutlara və kitabxanalara göndərilir. Məcmuənin çap edilmiş nüsxəsi isə müəlliflərin istəyinə uyğun olaraq verilir. Məqalələrinin jurnalda yerləşdirldiyi qaydada tam mətninin elektron formasını jurnalın internet səhifəsindən əldə edə bilərlər.
- Redaksiya məqalənin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyət daşımır. Yuxarıda göstərilən qaydalarla tərtib olunmamış məqalələr çap edilmir.
Elmi redaktor:
AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin müdiri,
t.ü.f.d.dosent Nərgiz Aydın qızı Rəsulova
Əlaqə telefonu: +994 050-350-43-80
E-mail: ghumanitar@mail.ru
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.
16.09.2024
Elm və ali təhsil müəssisələrinin rəhbərlərinə ...
25.06.2024
AMEA Gəncə Bölməsində nəşr olunan “Xəbərlər məcmuəsi” jurnalı “İctimai və humani ...
31.05.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BİORESURSLAR İNSTİTUTUNUN (G ...
30.05.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR ...
18.04.2024
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi 2024-cü il üçün fəlsəfə dokto ...
18.04.2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ekologiya və Təbii Ehtiyatlar İ ...
15.03.2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunda (Gəncə ...
15.03.2024
AMEA-nın Gəncə Bölməsində Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş e ...
12.02.2024
AMEA Gəncə Bölməsində nəşr olunan “Nizamişünaslıq” jurnalının 2024-cü il 1(10) s ...
09.02.2024
AMEA-nın Gəncə Bölməsinidə Akademik Həmid Araslının 115 illik yubileyinə həsr o ...