AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏNCƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSI
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ “GƏNCƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSI
MƏLUMAT
2024-cü ilin 26 dekabr tarixində Gəncə şəhərinin tarixi adının bərpasının 35 illiyi münasibətilə “Gəncə tarixinin aktual problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcəkdir.
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilər.
KONFRANSIN İSTİQAMƏTLƏRİ
- Gəncə arxeoloji tədqiqatlarda
- Gəncə orta əsrlər Şərq sivilizasiyasının mərkəzi kimi
- Nizami yaradıcılığında Gəncə
- Gəncənin Azərbaycan milli məfkurəsinin inkişafında müstəsna roluna dair
- Gəncənin milli dövlətçilik tariximizdə yeri
- Yelizavetpol, Kirovabad, Gəncə - əzəli və tarixi adın bərpası uğrunda mücadilə
Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis
Konfransın formatı: Əyani
Konfrans materiallarının tərtibatına dair tələblər:
Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 7-13 səhifə, Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,15 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.
Vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsi yazılmalı, sağda müəllif(lər)in adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı və ünvanı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır. Sonra altda səhifənin ortasında məqalənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.
Xülasə: 150 sözdən çox olmamalıdır, açar sözlər-minimum 5 söz (azərbaycan, rus və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir.
Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.
İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.
Məruzəçinin adının altından xətt çəkilməlidir.
Məqalələr plagiat hesabatı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə elektron variantında AMEA Gəncə Bölməsinin e-mail: aynurenagiyeva24@gmail.com ünvanına göndərilməlidir.
Məqalələrin son göndərilmə tarixi: 01 dekabr 2024-cü il
Qəbul bildirişi üçün son tarix: 10 dekabr 2024-cü il
Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq (2024).
Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda geri qaytarılacaq.
Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.
Konfransın keçiriləcəyi ünvan: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA Gəncə Bölməsi.
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Əlaqə telefonu: (+994) 55 795-44-85