NİZAMİ GƏNCƏVİ GUŞƏSİ | |
ŞEYX NİZAMİ Tərcümeyi-halı | |
| NİZAMİ GƏNCƏVİ SƏLƏFLƏR VƏ XƏLƏFLƏR PARKI |
BLOKADALI LENİNQRADDA NİZAMİ YUBİLEYİ | |
NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN ƏLYAZMALARI DÜNYA KİTAB XƏZINƏLƏRİNDƏ
Kataloqu çap olunmuş dunya kitabxana fondlarında hazırda Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin ölməz əsərlərinin 900-dən çox əlyazma nüsxəsi, “Xəmsə”dən xülasələr, poemalardan parçalar saxlanılır. Hazırki nəşrə “Xəmsə”nin bütöv əlyazmalarının, ayrı-ayrı poemaların, həmçinin şairin lirik şeirlərinin saxlanıldığı əlyazmaların qısa biblioqrafik təsviri daxil edilmişdir. Bu nəşr ədəbiyyat tarixi mütəxəssisləri və şərqşünaslar üçün nəzərdə tutulmuşdur.
| |
| NİZAMİNİN MUSİQİ DÜNYASI Nizami Gəncəvi poemalarına əsasən İntibah dövrü Gəncəsinin mədəni həyatında önəmli yer tutan musiqi alətləri, məşhur musiqiçilər və s. haqqında dəyərli materiallar toplanmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını əsas tutaraq “Nizaminin musiqi dünyası” əsəri təkrar nəşr olunmuşdur. Əsər Qədim Gəncənin mədəni həyatı, incəsənəti ilə maraqlanan elm adamları, musiqişünaslar, geniş oxucu kütləsi üçün əhəmiyyətlidir.
|
| NİZAMİ MÖVZU VƏ SÜJETLƏRİ AZƏRBAYCAN ƏDƏBİYYATINDA
|
| NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI Kitab Məmməd Ələkbərovun Bakı Dövlət Universitetinin kitabxanasında qorunan “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” adlı dissertasiya işinin əlyazması əsasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda transliterasiya olunaraq monoqrafiya halında çapa hazırlanmışdır. Monoqrafiya Nizami irsini öyrənən tədqiqatçılar, filoloji təhsil alan tələbələr və şairin yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
|
| NİZAMİ GƏNCƏVİ OBRAZI BƏDİİ ƏDƏBİYYATDA Nizami Gəncəvi dühası əsrlərlə Azərbaycan şairlərinin, ədiblərinin, mütəfəkkirlərinin yaradıcılıq yolunu işıqlandırdığı kimi orta əsrlərdən etibarən şairin özü də bədii ədəbiyyatın obrazına çevrilmiş, nəticədə haqqında saysız-hesabsız bədii əsərlər meydana gəlmişdir. Miqyasa gəlməyəcək dərəcədə çox olan bu bədii əsərlərin mövcudluğu Nizami Gəncəvinin bir Azərbaycan şairi olduğunun və mənsub olduğu xalqın genetik yaddaşında daim zirvə təşkil etməsinin bariz nümunəsidir. Kitab ədəbiyyatın bütün janrlarında Nizami Gəncəvi obrazının təsvirinin bədii cizgilərinin öyrənilməsinə həsr olunmuşdur. Monoqrafiyada dahi mütəfəkkir haqqında orta əsrlərdən bu günə qədər Azərbaycan bədii ədəbiyyatında yazılan bütün şeirlər, hekayələr, poemalar, romanlar və pyeslər tədqiq və təhlil süzgəcindən keçirilərək işıqlandırılmışdır. Monoqrafiya ədəbiyyatşünaslarla yanaşı, tarix, dilçilik, fəlsəfə və ümumən humanitar sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli tədqiqat əsəridir. |
| ПОЭЗИЯ И ВРЕМЯ (Научно-популярный сборник)
|
| NİZAMİ GƏNCƏVİPOEZİYASININ AZƏRBAYCAN BƏSTƏKARLARININ VOKAL ƏSƏRLƏRİNDƏ TƏCƏSSÜMÜ” Kitabda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin poetik irsinin Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü məsələləri işıqlandırılır.
|
| MUSİQİ NİZAMİ “XƏMSƏ”SİNİN SƏHİFƏLƏRİNDƏ Dahi Azərbaycan şairi və mütəfəkkiri Şeyx Nizami Gəncəvinin “Xəmsə”si əsrlər ötdükcə öz dəyərini, təravətini və əhəmiyyətini itirmir. Kitabda şeir, musiqi və təsviri sənətlərinin Nizaminin beş məsnəvisinin səhifələrində qarşılıqlı əlaqələri məsələləri təhlil olunur.
|
| NİZAMİ LİRİKASI VƏ... Dahi mütəfəkkir, şair Nizami Gəncəvi dünya şöhrətli “Xəmsə”si ilə bərabər lirik şeirlər divanı ilə də məşhurdur. Şairin lirik şeirləri qəsidə, qəzəl, rübai janrlarında yazılmışdır. Nizami Gəncəvi epik şeir sahəsində misilsiz olduğu kimi, lirik bir şair kimi də böyük sənətkardır. Professor Xəlil Yusiflinin müəllifi olduğu Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqinə həsr edilmiş “Nizaminin lirikası” adlı monoqrafiya ilk dəfə 1968-ci ildə nəşr edilmişdir. Bu kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin “Nizami ili”elan olunması ilə əlaqədar müəllifin müxtəlif dövrlərdə dahi şairin həyatının tədqiqi ilə bağlı yazdığı məqalələr də əlavə edilməklə yenidən nəşr olunur. Monoqrafiya Nizami Gəncəvinin lirik şeirlərinin tədqiqi ilə bağlı aparılacaq yeni tədqiqatlar üçün qiymətli mənbədir.
|
| NİZAMİ GƏNCƏVİNİN ŞƏCƏRƏ TARIXİ Dahi şairin yubileyi ilə əlaqədar Gəncə Bölməsində nəşr edilmiş kitablardan biri də professor Xəlil Yusifli, mərhum dosent Samir Pişnamazzadə və Elnur Həsənovun müəllifi olduqları “Nizami Gəncəvinin şəcərə tarixi” adlı monoqrafiyadır. Bu kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə müstəqil bir mövzu kimi Nizami məqbərəsinin tarixi ilə yanaşı, dahi Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanlılar şəcərəsinin tarixi, bu nəslin dünya elminə, mədəniyyətinə bəxş etdiyi görkəmli alimlər, dövlət və mədəniyyət xadimləri haqqında araşdırmaların nəticələri toplanılmışdır.
|
MİRZƏ ŞƏFİ VAZEH GUŞƏSİ | |
MİRZƏ ŞƏFİ VAZEH MƏKTƏBİNİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI NÜMAYƏNDƏLƏRİ | |
SELECTED POEMS. TRANSLATION & INTRODUCTIONS
| |
BULEN SHAH Selected Poems
| |
KİTABİ-TÜRKÜ (Türk dili kitabı) | |
MİRZƏ ŞƏFİ VAZEH YARADICILIĞINDA DİN VƏ DÜNYƏVİLİK Kitab görkəmli Azərbaycan şair və mütəfəkkiri Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr olunur. | |
MƏHSƏTİ GƏNCƏVİ GUŞƏSİ | |
MƏHSƏTİ GƏNCƏVİ RÜBAİLƏR | |
MƏHSƏTİ GƏNCƏVİ RÜBAİLƏRİNDƏ YAŞAYAN GEYİMLƏR | |
MƏHSƏTİ GƏNCƏVİ Rübailər
| |
“MƏHSƏTI GƏNCƏVI DÖVRÜNDƏ SƏNƏTKARLIQ (tarixi-etnoqrafik tədqiqat)”. Kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Məhsəti xanım Gəncəvinin yaşayıb-yaratdığı tarixi mərhələdə Gəncədə ənənəvi sənətkarlıq sahələrinin inkişaf tarixi müstəqil mövzu kimi elmi cəhətdən tədqiq olunmuşdur.
| |
MƏHSƏTİ GƏNCƏVİ DÖVRÜNDƏ QADIN GEYİMLƏRİ
| |
TARİXİ KİTABLAR GUŞƏSİ | |
| AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN PAYTAXTI VƏ MÜBARİZ
|
| AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏ QUBERNİYASINDAN OLAN DÖVLƏT XADİMLƏRİ Monoqrafiyada Müsəlman Şərqində və Türk dünyasında yaranmış ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasını təmsil edən görkəmli dövlət xadimlərini yetişdirən mühitin siyasi-ictimai və sosial-iqtisadi əsəasları tədqiq edilmişdir. İlk dəfə olaraq bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri sistemli surətdə araşdırılmışdır. Kitabda çoxsaylı elmi ədəbiyyatlardan, arxiv sənədlərindən və tarixi mənbələrdən istifadə olunmuşdur. Monoqrafiya vətən tarixi ilə bağlı araşdırmalar edən alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. |
| AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ HAQQINDA DÖVLƏT QƏRARLARI 1991-2018 Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlətimiz onun tarixinin ətraflı öyrənilməsi ilə əlaqədar çox əsaslı tədbirlər həyata keçirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti haqqında verilən sərəncamların mühüm elmi-tərbiyəvi əhəmiyyəti vardır. Keçən müddətdə şanlı tariximizə aid əsərlərin nəşr edilməsi, əsərlərin hazırlanması üçün vəsaitin ayrılması, Bakı şəhərində Cümhuriyyət abidəsinin ucaldılması ilə adının əbədiləşdirilməsi tədbiri həyata keçirilmişdir. Gənclərə Cümhuriyyət tarixini və dövlətçilik fəaliyyətini mükəmməl mənimsətmək onların arasında maariflənmə işini gücləndirməklə, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb edəcəkdir. Kitabın tərtibi geniş oxucu kütləsinin Cümhuriyyət haqqında dövlət qərarlarından məlumatlılıq səviyyəsini artıracaq və istifadəsini asanlaşdıracaqdır.
|
| AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTININ GƏNCƏDƏ QƏBUL ETDIYI HÜQUQI AKTLAR VƏ ONUN TARIXININ IZAHLI XRONOLOGIYASI (1918 – 1920)
|
| GƏNCƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİ |
| Həyatdan vaxtsız köçmüş gənc alim Fərrux Əhmədov özünə əvəz, Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq saçan sanballı bir abidə qoyub getmişdir. Bu, «Gəncənin tarix yaddaşı»dır. Kitabda Gəncənin uzaq keçmişindən ta XX əsrin ilk onilliklərinədək olan dövrünün tarixi-etnoqrafik mənzərəsi öz əksini tapmışdır. Kitab nəinki elm adamları, həmçinin geniş oxucu kütləsi üçün də son dərəcə maraqlıdır.
|
31 MART SOYQIRIMI (Tarixi gerçəkliklər)
| |
| GƏNCƏ HÖKMDARI CAVAD XAN VƏ ZİYADOĞLU-QACAR NƏSLİ Kitabda Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda şəhid olmuş Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumat verilmişdir.
|
|
CAVAD XAN
|
GƏNCƏ İMAMZADƏ TÜRBƏSİ | |
HEYDƏR ƏLİYEV VƏ GƏNCƏ | |
HEYDƏR ƏLİYEV VƏ GƏNCƏ I CİLD | |
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ II CİLD | |
HEYDƏR ƏLİYEV VƏ SÜLH SİYASƏTİ III CİLD | |
HEYDƏR ƏLİYEV FONDU MİLLİ YADDAŞIN KEŞIYİNDƏ IV CİLD | |
HEYDƏR ƏLİYEV FONDU MİLLİ YADDAŞIN KEŞIYİNDƏ V CİLD | |
HEYDƏR ƏLİYEV FONDU VƏ GƏNCƏ
| |
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN RƏHBƏRLİYİ DÖVRÜNDƏ GƏNCƏ | |
Azərbaycan Respublikasının Prezideti cənab İlham Əliyev UluÖndər Heydər Əliyevin ölkəmizdəki və dünyadakı mövqeyinə, siyasətinə, ideallarına sadiq qalaraq bütün fəaliyyəti dövründə dövlətimizin və xalqımızın dəyərlərini qorumaqla dünyada güclülərin ən güclüsünə çevrildi. Ən nəhayət isə Azərbaycan xalqını, rəşadətli ordumuzu qələbəyə inandıraraq, ruhlandıraraq təkcə 30 illik həsrətində olduğumuz dədə-baba torpaqlarımızı deyil, bir çox mənaları, mətləbləri azad edərək Türk-İslam dünyasına 200 ildən sonra qələbə gətirən Ali Baş Komandan oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı nəşr edilən kitabda möhtərəm prezidentimiz İlham Əliyevin Ulu Öndər Heydər Əliyev və Azərbaycanın qədim tarixə malik Gəncə şəhəri ilə bağlı söylədiyi fikirlər, görkəmli dövlət və ictimai xadimlərin İlham Əliyev haqqındakı düşüncələri və 44 günlük Vətən müharibəsində ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərə verdiyi müsahibələrindən mühüm məqamlar öz əksini tapmışdır.
| |
Humanizm və xeyriyyəçiliyin hamisi Monoqrafiyada Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun iyirmi il ərzində həyata keçirdiyi layihələr xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin dünyada təbliği, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və bütövlükdə xalqın rifahı naminə bütün sahələrdə həyata keçirdiyi xeyirxah işlər öz əksini tapır. Görülən humanist düşüncəli layihələr haqda dünya siyasətçilərinin fikirləridə kitabda öz əksini tapır, həmçinin beynəlxalq səviyyədəki uğurları işıqlandırılır. Monoqrafiyada öz əksini tapmış işlər gələcək nəsillərə xalqının inkişafı naminə bu xeyirxah xanımın gördüyü böyük layihələr haqda qısaca məlumat verilir. | |
GƏNCƏ BÖLMƏSİ, “ 40”YAŞIN MÜBARƏK!. | |
QARABAĞ AZƏRBAYCANDIR NİDASINDAN ŞUŞA İLİNƏ
| |
“GƏNCƏ ŞƏHƏRININ HƏRB TARIXI VƏ ŞƏHIDLƏRI” Kitab qədim və zəngin maddi və mənəvi irsə sahib olan Gəncə şəhərinin şanlı hərb tarixi və ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərinə həsr olunmuşdur. Əsərdə Gəncə şəhərindən olmuş görkəmli sərkərdələrin, generalların, şəhidlərin həyat və keçdikləri şərəfli döyüş yolu müfəssəl şəkildə tədqiq olunmuşdur. Kitabın gələcək nəşrində üzürlü səbəbdən kitaba daxil olmayan şəhidlərin ailələrindən adlarının daxil olması üçün AMEA Gəncə Bölməsinə məlumatların verilməsi xahiş olunur. | |
GƏNCƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİYaşı 2500 ildən artıq olan Gəncə şəhərinin tarixinin aktual poblemlərinə həsr olunmuş II elmi-praktik konfransa təqdim olunan məruzələrdə şəhərin iqtisadi, coğrafi mənzərəsi, sosial münasibətlər, cəmiyyətin strukturu, hərbi və siyasi hadisələr, əhalinin milli və peşə tərkibi, elm, mədəniyyət və incəsənət məsələləri müəlliflər tərəfindən tədqiq olunaraq işıqlandırılmışdır. Monoqrafiya orta və ali məktəblərdə istifadə olunmaqla, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş elmi-tədqiqat əsəridir.
| |
| VƏTƏN MÜHARİBƏSİ GƏNCƏ ŞƏHİDLƏRİ Qədim Gəncə şəhəri uzun əsrlər boyu tarixi reformaların çuğlaşdığı bir məkan olmaqla yanaşı, onun sakinləri daim dövlətə, dövlətçiliyə və vətənə bağlı insanlar olmuşlar. Toplanmış arxiv materiallarına əsasən şəhərin sakinləri Usta Bəndər, görkəmli sərkərdə Cavad xan, 1920-ci il Gəncə üsyanı iştirakçlıları torpaq və vətən uğrunda əsrlər boyu yadelli işğalçılara qarşı mübarizə aparmışlar. Birinci Vətən Müharibəsi zamanı Erməni qəsbkartlarına qarşı aparılan döyüşlərdə Gəncənin qəhrəman övladları mərdliklə vuruşmuş 364 nəfər canı bahasına torpaqlarımızı qoruyaraq şəhid olmuşdur. Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi uzaqgörən siyasəti və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi nəticəsində 44 günlük İkinci Vətən Müharibəsində erməni ordusu darmadağın edilmiş, torpaqlarımız düşmən tapdağından azad olunmuşdur. Bu ölüm-dirim mübarizəsində Gəncəmizin minlərlə igid övladları vuruşmuş, onlardan 107 nəfər əsgərimiz şəhid olmuş, şəhərimizə raket hücumu nəticəsində 26 nəfər mülki şəxs - uşaq, qoca, qadın həlak olmuşdur. Kitab şəhidlərin daim yad edilməsi məqsədilə hazırlanmış və burada qısaca olaraq onların tərcümyi-halı, keçdikləri döyüş yolları, qəhrəmanlıqları, göstərdikləri sücaətlər, Ali baş komandan tərəfindən təltifləri öz əksini tapmışdır. Ola bilsin ki, cəbhədə vuruşan əsgərlərimizin bir qisminin itkin düşməsi nəticəsində adları monoqrafiyada öz əksini tapmamışdır, ancaq hər bir toplanan məlumat yeni monoqrafiyada öz əksini tapacaqdır. |
| TÜRKİYƏ - AZƏRBAYCAN ƏBƏDİ AMAL BİRLİYİNİN GƏNCƏ SƏHİFƏLƏRİKitabda təqdim edilən araşdırmalar ümumən iki əsrə yaxın bir dövr ərzində qeyri-müstəqil şəraitdə yaşamış millətimizin dövlətçilik ideyalarının gerçəkləşdirilməsində qardaş Türkiyənin dəstəyi haqdadır. Bu tarixi oçerklərdə bir əsrdən çox Rusiya imperiyasının tərkibində yaşamış Azərbaycan xalqının milli-siyasi ideyasının təşəkkülündə və öz müstəqil dövlətini, mövcudiyyəti qısa zaman kəsiyi müddətində olsa belə, yarada bilməsində, eləcə də yeddi onillik sovet dövründən sonra həmin müstəqilliyinə özünün Ümummilli Lideri, Ulu Öndərinin qətiyyətli əzmi ilə yenidən, bu dəfə əbədi və dönməz şəkildə qovuşmasında Türkiyə amilinin həlledici təsiri və əvəzsiz rolu haqdadır. XX əsrin başlanğıcında Azərbaycanın milli ruhlu ziyalılarının təfəkküründə formalaşan müstəqillik ideyasının qaynaqları da ilk növbədə Türkiyə ilə bağlı idi. Bu ideyaların həyata keçirilməsi ilə Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yarandı. Bu Cümhuriyyətin xilası da çətin məqamda qardaş Türkiyənin köməyi ilə mümkün oldu. Bir neçə il sonra isə Atatürkün qurmuş olduğu yeni Türkiyə Cümhuriyyəti də Qafqazdakı mürəkkəb siyasi şəraitdə, Sovet quruluşu çərçivəsində olsa belə, Azərbaycanın siyasi varlığının qorunması və onun sərhədlərinin təsdiqində müstəsna rol oynadı. |
ELMİ-TEXNİKİ KİTABLAR GUŞƏSİ | |
| APPLIED SIGNIFICANCE OF INVESTIGATION OF HANDICRAFTS BRANCHES IN GANJA CITY BASED ON INNOVATIVE TECHNOLOGIES (HISTORICAL-ETHNOGRAPHIC In this academic work for the first time have been researched the basic typical applied features of traditional handicrafts branches of ancient cultural and urban center Ganja city based on innovative methods and multidisciplinary approach from the point of historical-ethnographic view. The edition is addressed to specialists on history, ethnography, ethnology, anthropology and archaeology, also to young scientists on humanities and social sciences. |
| AZƏRBAYCANIN QƏRB BÖLGƏSİNİN FAYDALI BOYAQ BİTKİLƏRİ |
KİMYA EKOLOGİYA VƏ SAĞLAMLIQ
| |
TƏBİİ SEOLİTLƏRİN TƏSNİFATI VƏ ONLARIN İŞTIRAKI İLƏ AĞIR NEFT QALIQLARININ HİDROKREKİNQİ PROSESİ | |
| BİTKİLƏR MÜALİCƏ MƏNBƏYİDİR |
| AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİNİN BİOLOJİ FƏAL MADDƏLƏRİ VƏ ONLARIN İSTİFADƏSİ
|
GƏNCƏBASARIN YABANI TƏRƏVƏZ BİTKİLƏRİ | |
| KİÇİK QAFQAZIN QAYA -TÖKÜNTÜ BİTKİLİYİ VƏ SENOPOPULYASİYALARININ DİNAMİKASI
|
ТƏBİİ MÜHİT VƏ İNSAN | |
FOLKLOR NÜMUNƏLƏRİ GUŞƏSİ | |
| GƏNCƏ FOLKLORU ANTALOGİYASII KİTABGəncə Regional Elmi Mərkəzin nəşr etdirdiyi «Gəncə Folkloru Antologiyasi» kitabında qədim Gəncənin misilsiz ilahi dəyərə malik folklor inciləri toplanmışdır.
|
| GƏNCƏ FOLKLORU ANTALOGİYASIII KİTABAMEA Gəncə Regional Elmi Mərkəzin nəşr etdirdiyi «Gəncə folkloru antologiyası» silsiləsindən olan bu yeni cilddə Gəncəbasara aid mərasimlər, nağıllar, dastanlar, aşıqlar və el şairlərinin yaradıcılığından əlvan və təkrarsız söz inciləri toplanmışdır. |
| GƏNCƏ FOLKLORU ANTALOGİYASIIII KİTABAzərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun nəşr etdirdiyi “Gəncə folkloru antologiyası” silsiləsindən olan bu kitabda qədim Gəncənin zəngin və bənzərsiz şifahi xalq ədəbiyyatı örnəkləri toplanmışdır. |
| GƏNCƏ FOLKLORU ANTALOGİYASI
|
GƏNCƏ VİLAYƏTİNİN ADƏT-ƏNƏNƏLƏRİ | |
| NOVRUZ ADƏT-ƏNƏNƏLƏRİ
|
QƏRB BÖLGƏSİNİN MILLİ MƏNƏVİ DƏYƏRLƏRİ | |
LEYLİ VƏ MƏCNUN | |
MIRZƏ MEHDI NACI "SEÇILMIŞ ƏSƏRLƏRI" Mirzə Mehdi Naci (1805-1883) XIX əsrin maraqlı ədəbi simalarından biridir. Onun "Divan"ı M.Füzuli adına Əlyazmalar İnstitutunun əlyazmalar fondunda (inv: B-71:2746) saxlanılır. Nacinin yaradıcılığı haqqında ədəbiyyat tariximizdə söhbət açılmamış, sadəcə bir həcvçi şair kimi adı çəkilmişdir. Kitabda şairin ədəbi irsindən qəzəlləri, müxəmməs və müsəddəsləri, həcvlərindən seçmələrlə yanaşı, farsca şeirlərinin tərcümələri də yer almışdır. Transliterasiya, tərcümə, tərtib və önsözün müəllifi əməkdar elm xadimi, prof. Xəlil Yusiflidir. Kitab M.M.Nacinin ədəbi irsinin daha dərindən öyrənilməsinə sanballı töhfə, ədəbiyyat tariximizi tədqiq edən ədəbiyyatşünas alimlər üçün qiymətli elmi mənbədir.
| |
NÜZHƏTÜL - MƏCALİS | |
ŞEYX BƏHAƏDDİN Oxucuların müzakirəsinə təqdim olunan “Şeyx Bəhaəddin” kitabı müəlliflər – Şaiq Məmmədov və Təhminə Ağayevanın hərtərəfli axtarışlarının nəticəsi olaraq meydana gəlmişdir. Kitaba daxil edilən materiallarda XVII yüzillikdə yaşayıb-yaratmış Şərqin gorkəmli riyaziyyatçı, astronom, filosof, memar və dövlət xadimi Şeyx Bəhaəddinin həyat və fəaliyyətindən bəhs edilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
| |
| |
QUŞ DİLİ | |
HİKMƏT YARPAQLARI | |
| YUBİLEYLƏR GUŞƏSİ |
| BİR NƏSİLDƏN TARİXƏ TÖHFƏ |
| Akademik Həmid Araslı dahi Nizami Gəncəvi yaradıcılığının ilk tədqiqatçılarından biri olmuşdur. Həmçinin H.Araslı Azərbaycan folklorunu araşdıran ən mükəmməl alimlərdən idi. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı elmi təşkilatçılığı ilə də fərqlənmiş, Nizami adına Ədəbiyyat Muzeyinin və Əlyazmalar İnstitutu Fondunun yaradılmasında böyük səy göstərmişdir. Həmid Araslı yüksək ixtisaslı kadrlar hazırlamış, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir. Bölmədə akademik Həmid Araslının 110 illiyi ilə əlaqədar çap edilmiş bu kitabda Həmid Araslı irsindən bəhrələnən tədqiqatçıların məqalələri toplanmışdır. Bu kitab Həmid Araslının elmi, ədəbi və ictimai fəaliyyətinin tədqiqi ilə məşğul olan elmi işçilər və tədqiqatçılar üçün faydalıdır.
|