AMEA Rəyasət Heyətinin 12 noyabr 2025-ci il tarixli № 20/2 saylı qərarı ilə AMEA-nın Gəncə Bölməsinin strukturunda Rəqəmsallaşma və süni intellekt şöbəsi yaradılmışdır.
Əsas məqsədlər
Şöbənin yaradılmasının əsas məqsədləri aşağıdakılardır:
-
Müasir rəqəmsal standartlara uyğunlaşma
Elm və təhsil sahəsində qlobal trendlərə uyğun olaraq elmi resursların (arxivlər, nəşrlər, sənədlər) rəqəmsal mühitə inteqrasiyası təmin edilir. Gəncə Bölməsi Qərb bölgəsinin elmi mərkəzi kimi regional elmi irsin qorunması və əlçatanlığını artırmaq; -
İdarəetmə proseslərinin optimallaşdırılması
Şöbə daxili sənəd dövriyyəsi, kadr uçotu, kommunikasiya və informasiya axınlarını avtomatlaşdıraraq idarəetmə səmərəliliyini artıracaq və vaxt, resurs qənaətini təmin etmək; -
Elmi irsin rəqəmsallaşdırılması və qorunması
Gəncə bölgəsinin tarixi, etnoqrafik, ədəbi və elmi materiallarının (fotoşəkillər, xəritələr, əlyazmalar, nəşrlər) rəqəmsal formada saxlanması və sistemləşdirilməsi gələcək nəsillər üçün əlçatanlığı təmin edəcək. -
Süni intellekt texnologiyalarının tətbiqi
OCR, avtomatik mətn emalı və axtarış mexanizmləri kimi müasir alətlər vasitəsilə elmi materialların emalı sürətləndiriləcək. Qeyd olunur ki, süni intellekt yalnız texniki və avtomatlaşdırma məqsədləri üçün tətbiq etmək; -
İnformasiya təhlükəsizliyi və dayanıqlığın gücləndirilməsi
Elmi məlumatların mühafizəsi, ehtiyat nüsxələnməsi və texniki infrastrukturun idarəsi kibertəhlükələrə qarşı dayanıqlığı artırmaq; -
Elmi nəşrlərin və platformaların müasirləşdirilməsi
Elektron jurnallar, “Xəbərlər” məcmuəsi, DOI/ORCID inteqrasiyası kimi funksiyalarla Bölmənin elmi çıxışlarının beynəlxalq səviyyədə görünürlüyü artırmaq.
Fəaliyyət istiqamətləri
-
Bölmənin institut, muzey və laboratoriyalarına texniki dəstək göstərmək
-
Sənəd dövriyyəsinin və idarəetmə proseslərinin avtomatlaşdırılması
-
Elmi materialların rəqəmsallaşdırılması və elektron arxivlərin yaradılması
-
Süni intellekt əsaslı alətlərin tətbiqi ilə elmi məlumatların emalını sürətləndirmək
-
İnformasiya təhlükəsizliyi və texniki infrastrukturun inkişafını təmin etmək
-
Elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılması
| Soyadı, adı və atasının adı | Mirzəyev Fərhad Ramiz oğlu |
| Təvəllüdü | 25.09.1979 |
| İş yeri | Rəqəmsallaşma və süni intelekt şöbəsi |
| Email: | |
| Əlaqə telefonu | +994 55 284 17 18 |