Nizamişünaslıq Jurnalı

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı 2278№-li Sərəncam imzaladı. Sərəncam Azərbaycanda və dünyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi və təbliği istiqamətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu fundamental elmi araşdırmaların aparılmasına və koordinasiya olunmasına imkan yaratdı.

   AMEA Gəncə Bölməsində Nizami Gəncəvi Mərkəzinin yaranması və “Nizamişünaslıq” jurnalının nəşrə başlaması Azərbaycan Respublikasının prezidentinin Sərəncamının işığında Azərbaycan nizamişünaslığının inkişafı istiqamətində atılan mühüm addımlardan biri oldu.

   Azərbaycan və dünyanın müxtəlif ölkələrində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını tədqiq edən alimlərin məqalələrinin nəşr edildiyi “Nizamişünaslıq” jurnalına Azərbaycan dili ilə yanaşı ingilis, rus, türk və başqa dillərdə də məqalələr qəbul edilir. Jurnalın redaksiya heyətində Azərbaycanın və dünyanın görkəmli nizamişünas alimləri yer almışdır.

   “Nizamişünaslıq” jurnalı 2024-cü ildə Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartlarını almışdır.

   Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə bağlı məqalələrin nəşr edildiyi “Nizamişünaslıq” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Filologiya” elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.

   Jurnalın redaktoru filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Həsən oğlu Muxtarov, məsul katibi şöbə müdiri Təranə Fizuli qızı Verdiyevadır.

 

 http://doi.science.gov.az/pages/journals/ns/ns.html

 

 Nizamişünaslıq Elmi əsərlər №1

 Nizamişünaslıq Elmi əsərlər №2

 Nizamişünaslıq Elmi əsərlər №3

 Nizamişünaslıq Elmi əsərlər №4

 Nizamişünaslıq Elmi əsərlər №5

 Nizamişünaslıq Elmi əsərlər №6

  

Nizamişünaslıq Elmi əsərlər №7

 

Nizamişünaslıq Elmi əsərlər №8

 

Nizamişünaslıq Elmi əsərlər №9

Nizamişünaslıq Elmi əsərlər №1(10)

Nizamişünaslıq Elmi əsərlər №2(11)