AMEA Gəncə Bölməsində tanınmış bioloq alim Vaqif Novruzovun 80 illik yubileyi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində tanınmış bioloq alim, Əməkdar elm xadimi, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, ölkəmizin coğrafiyasının bitki aləminin tədqiqində, o cümlədən florogenetika, fitosenologiya, geobotanika və digər sahələrdə böyük elmi xidmətləri olan professor Vaqif Novruzovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Təbik sözü ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev professor Vaqif Novruzovun Azərbaycanın biolgiya elminin, xüsusən onun botanika sahəsinin inkişafına böyük töhfələr verdiyini vurğulayaraq, alimin yubileyinin Gəncə elmi ictimaiyyəti üçün əhəmiyyətli hadisə olduğunu və bu günki görüşdə səslənəcək məruzələrin elmi mahiyyət daşıması faktının da buna dəlalət etdiyini vurğulayıb.
Sonra professor V. Novruzovun həyat və elmi fəaliyyətinin istiqamətlərini əhatə edən məruzələr dinlənilib.
Elm və Təhsil Nazirliyinin Nəbatat Bağının şöbə müdiri, biologiya elmləri doktoru Aynur Bayramovanın “Azərbaycan botanika elminin görkəmli nümayəndəsi – professor Vaqif Novruzov”, Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlovanın “Fədakar alim, qayğıkeş ailə başçısı” və AMEA Gəncə Bölməsi Elmi kitabxanasının müdiri Vüsalə Hüseynovanın “Vaqif Novruzovun elmi irsi kitabxanalarda” mövzularında məruzələri dinlənilib.
Tədbirdə həmçinin AMEA Gəncə bölməsindən Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov, Bölmənin sədrinin müavini Sara Əzizova, Elmi-təşkilati şöbənin müdiri Aynurə Həsənova, İşlər müdiri Rasim Tağyev, Gəncə Dövlət Unuversitetindən dosent Yeganə Aslanova, dosent Mirzə Həsənov çıxış ediblər.
Çıxışlarda alimin yorulmaz elmi fəaliyyət yoluna bir daha nəzər salınaraq, qeyd olunub ki, professor Vaqif Novruzovun elmi axtarışlarının əsas istiqamətlərini bitki örtüyünün ümumi prоblеmlərinin həllinə yönəldilmiş flоristik-sistеmаtik tədqiqаtlаr təşkil еdir. О, Böyük və Kiçik Qаfqаzın, Nахçıvаn MR-nın şibyə flоrаsını öyrənmiş, həmçinin çохsаylı еlmi еkspеdisiyаlаrın mаtеriаllаrı əsаsındа Qаfqаz şibyələrində növəmələgəlmə prоsеsini, flоrаnın gеnеzisi, fоrmаlаşmаsı yоllаrını еlmi dəlillərlə dаhа dа dəqiqləşdirmişdir. O, Еlmə məlum оlmаyаn 15 yеni növün ilk dəfə bоtаniki təsvirini vеrərək, оnlаrı dünyа flоrаsınа dахil еtmişdir. Həmin növlər dünyа bоtаnikləri tərəfindən qəbul еdilərək, mоnоqrаfik məcmuələrə və təyinеdicilərə dахil еdilmişdir. Professor V. Nоvruzоv onilliklər ərzində Аrktikаdаn tutmuş, Оrtа Аsiyа səhrаlаrınа qədər, Mərkəzi Аvrоpа, Аsiyа mеşələrini, Qаfqаz, Urаl, Хibin, Mərkəzi Kоpеt-dаq, Tyаn-Şаn, Kаrpаt, Pаmir, Alp, Qаfqаz dаğ sistеmlərində təşkil оlunmuş еlmi еkspеdisiyаlаrdа iştirаk еdərək, bitki örtüyünün yаyılmа qаnunаuyğunluqlаrına və növ əmələgəlmə prоsеslərinə dаir qiymətli еlmi dəlillər tоplаmışdır.
- Novruzov botanikanın praktiki, metodiki və nəzəri problemlərinə həsr olunmuş 250 elmi əsərin, o cümlədən 7 monoqrafiya, 3 dərslik, 7 dərs vəsaiti, metodiki göstəriş və problem mühazirələrin müəllifidir. O, 30-dan çox beynəlxalq və regional elmi konfrans, simpozium, qurultay, konqres və elmi ekspedisiyaların iştirakçısıdır.
- Novruzovun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 nəfər elmlər, 23 nəfər fəlsəfə doktoru hazırlanmışdır.
Hazırda AMEA-nın Gəncə Bölməsinin “Xəbərlər”, Gəncə Dövlət Universitetinin “Xəbərlər” jurnallarının redaksiya heyətinin, Botanika İnstitutu Dissertasiya Şurasının üzvü, Azərbaycan Botaniklər cəmiyyətinin vitse-prezidentidir.
Yubilyarın həyat yoldaşı, GDU-nun dosenti Zilxumar İsmayılova da çıxışında Vaqif Novruzovun uzun illər ərzində əsl elm naminə göstərdiyi fədakarlıq nümunələri haqda danışıb.
Tədbirin sonunda çıxış edən professor Vaqif Novruzov bu əlamətdar görüşün təşkilinə, eləcə də öz elmi fəaliyyətinin bütün dövrləri ərzində Gəncənin əsas elm ocağı kimi AMEA Gəncə Bölməsinin və onun rəhbəri akademik Fuad Əliyevin daimi dəstəyinə görə sonsuz minnətdarlıq hisslərini çatdırıb.
Bu görüşdən xatirə olaraq, yubilyara təbiknaməli suvenir lövhə, özündə qədim Gəncənin tarxi abidələrini əks etdirən tablo, xanımına isə gül dəstəsi təqdim olunub, əlamətdar anı daimi saxlayacaq foto da çəkdirmək unudulmayıb.