XƏBƏRLƏR
23.02.2024 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində təhsilimizin inkişafı məsələlərinə dair dəyirmi masa keçirilib

   Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən Elm və Təhsil Nazirliyi ilə birgə “Azərbaycan məktəbi” – 100. Tədqiqat yönlü təhsil üçün əl-ələ” mövzusunda dəyirmi masa  keçirilib. Tədbir Nazirliyin “Azərbaycan məktəbi” adlı elmi-nəzəri pedaqoji jurnalının 100 illik yubileyinə həsr olunub.

   Görüşdə AMEA Gəncə Bölmənin, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi-tədqiqat qurumlarının əməkdaşları, eləcə də sözügedən jurnalın redaksiyasının rəhbərliyi iştirak ediblər.

   TədbirAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrumda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   AMEA Gəncə Bölməsinin sədrinin müavini Sara Əzizova qonaqları salamlayaraq, ölkəmizin tarixində ilk periodik elmi nəşr sayılan “Azərbaycan mətəbi” jurnalının bir əsrlik yubileyi münasibətilə Gəncənin alim və ziyalıları, xüsusən Bölmənin sədri, akademik Fuad Əliyevin adından təbriklərini çatdırıb.

   S.Əzizova bu günkü görüşdəki müzakrələrin təhsilimizin inkişafı, o cümlədən müasir dünyanın tələbləri üzrə  tədris ilə elmin qarşılıqlı münasibətləri məsələləri baxımından faydalı olacağını qeyd edib.

   “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan səmimi münasibət və yüksək elmi səviyyəli görüşün təkili üçün AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev başda olmaqla, bu şəhərin basilica elm ocağnın kollektivinə dərin minnətdarlığını çatdırıb. O, jurnalın Azərbaycan təhsilinin inkişafına xidmət missiyasında daim elm adamlarına güvəndiyini qeyd edərək, bu yöndə Gəncədə çalışan tədqiqatçılarla əməkdaşlığı genişləndirməyə hazır olduqlarını dilə gətirib.

   Dəyirmi masada  jurnalın təmsilçiləri də çıxış ediblər. Baş redaktorun müavini Nurəddin Musayev “Azərbaycan məktəbi” jurnalının təqdim etdiyi yeni imkanlar”,  məsul katibi Tariyel Süleymanov “Azərbaycan məktəbi” jurnalının 100 illik tarixinə bir baxış”, şöbə redaktoru Gülşən Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi məqalələrin yazılması və jurnalda nəşrinin təmin edilməsi” mövzuları üzrə danışarkən,  jurnalın ənənələri, xüsusiyyətləri və indiki dövrün tələblərinə cavab vermək baxımından perspektivləri haqda müfəssəl məlumat veriblər.

   Qonaqlar “Azərbaycan məktəbi” jurnalı redaksiyasının əməyi ilə tərcümə edilərək, nəşrə hazırlanan, Nobel mükafatı laureatı Riçard Feynmanın “Altı dərsdə fizika” kitabını AMEA Gəncə Bölməsinin elmi kitabxanasına hədiyyə ediblər.

   Dəyirmi masa müzakirələrində həmçinin Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova  “Qərb bölgəsində elm və təhsilin inteqrasiyası sahəsində tədqiqatlar və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı görüləcək tədbirlər haqqında”,  AMEA Gəncə Bölməsinin əməkdaşlarından  - İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Qərb bölgəsində elmin gənc nəslə təbliğ edilməsi”, Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva “Qərb bölgəsi klassiklərinin ədəbi irsinin öyrənilməsinin təhsil ocaqlarında təşviqi”,  baş mütəxəssis Vüsalə Hüseynova “Qarabağın orta əsr ədəbi mühitinin təhsil müəssisələrində təbliği”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gəncə şəhərinin beynəlxalq elmi əlaqələrinin gənc nəslə aşılanması”, eləcə də “Xəbərlər Məcmuəsi: Təbiət və texnika elmləri” jurnalının məsul katibi Mahirə Şərifova və “Nizamişünaslıq” jurnalının əməkdaşı Təranə Verdiyeva “Təhsil sisteminin inkişafında elmi nəşrlərin əhəmiyyəti”, Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev “Qərb bölgəsində təhsil sahəsində informasiya texnologiyalarının tətbiqi sahəsində statistik göstəricilər” mövzuları üzrə çıxış ediblər.

   Çıxışlar və məruzələr ətrafında fikirlər və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair səmərəli təkliflər səsləndirilib.