
Gəncə üsyanının 100 illiyi
"YENİ TƏDQİQAT ƏSƏRİ NƏŞRƏ HAZIRLANIR"
Azərbaycan xalqının Cümhuriyyət mərkəzi olan Gəncə şəhərində 1920-ci ildə baş verən üsyan kommunist özbaşınalığına son qoymaq məqsədilə həyata keçirilmiş və bu il onun 100 ili tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin Şəqrqdə ilk yaratdığı müstəqil və demokratik ölkəni süquta yetirmək məqsədilə Mayın 25-dən 26-a keçən gecə başlanan üsyan zamanı az vaxt ərzində şəhərin mühüm məhəllələri, Qızıl ordu hissələri tərəfindən nəzarətə götürülmüşdür.
Buna baxmayaraq Mayın 29-da bolşeviklərin şəhər əhalisi üzərinə hücumu uğursuzluqla başa çatmış, üsyançıların əks hücumları bolşevikləri ağır vəziyyətə salmış və böyük itkilər vermişdirlər.
Ağır məğlubiyyətdən sonra Qızıl ordu komandanlığı Gəncəyə xeyli əlavə qüvvə gətirmiş və yenidən hücüm edərək mayın 31-də gərgin və qeyri-bərabər döyüşdə Gəncə üsyanı yatırılmış, şəhəri tərk etməyə imkanı olmayan üsyançılar və dinc əhali mühasirəyə alınaraq kütləvi şəkildə güllələnmişdir.
Gəncə üsyanı Azərbaycan xalqının qəhrəmanlıq və igidlik səlnaməsinin ən parlaq səhifələrindən biridir.
Xalqımızın müstəqillik səlnaməsi olan bu tarixi üsyanının səbəbləri onun tarixi əhəmiyyəti elmi cəhətdən araşdırlmamış, ancaq bir necə məqalə və monoqrafiyalar şəklində çap olunmuş, mətbuatda informasiya xarakterli məlumatlar verilmişdir.
Bolşevik hakimiyyəti Azərbaycanda bərqərar olduqdan sonra bu tarixi faktlar bilərəkdən unudulmuş, onlar haqda deyilən və yazılan məlumatların sahibləri cəzalandırıdığı üçün tədqiq olunmamış və öz həqiqi qiymətini almamışdır.
Bölmədə Gəncə üsyanının tarixi köklərinin elmi əsalarla araşdırılması, xalqımızın qəhrəmanlıq mübarizəsi tarixində onun yeri və rolunun hərtərəfli tədqiq edilərək yeni bir monoqrafiyanın çap olunması nəzərdə tutulur.
Kitabın müəllifi, Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov yeni kitabın ərsəyə gətirilməsi məqsədilə geniş tədqiqat işləri aparıldığını, arxivlərdə işlədiyini, xeyli materialların toplandığını və bu tarixi üsyanla bağlı bir sıra elm işçilərlə məsləhətləşmələr apardığını bildirmişdir.
Müəllif vurğulamışdır ki, Gəncə üsyanının 100 illiyi münasibətilə nəşrə hazırlanan bu kitab Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dərində tədqiq olunmasına, xalqımızın qəhrəmanlıq mübarizəsi səlnaməsinin daha bir səhifəsinə işıq salmaqla, Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə və tədqiqinə sanballı töhfə olacaqdır.