XƏBƏRLƏR
17.06.2021 / Mühüm hadisələr
“NİZAMİ GƏNCƏVİ”

(Kitab Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə AMEA Gəncə  Bölməsinin Rəyasət  Heyətinin 2021-ci il 25 may tarixli qərarı ilə nəşr edilir.)

 

 

                                            “Elm” nəşriyyatı,  Gəncə - 2021

 

Elmi rəhbər və ön sözün müəllifi:                   Xəlil Yusifli                           Əməkdar elm xadimi,  professor

Elmi  redaktor:                                                   Afaq Yusifli                           Gəncə Dövlət Universitetinin dosenti

Translitersiya və tərtib edən:                           Təranə Verdiyeva                 Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri

 

 

     Dahi şair  və mütəfəkkir  Nizami Gəncəvi  dünya şöhrətli “Xəmsə”si  ilə bərabər lirik şerlər divanı ilə də  məşhurdur.  Şairin lirik şerləri qəsidə,  qəzəl, rübai janrlarında yazılmışdır. Nizami Gəncəvi  epik şer sahəsində  misilsiz  olduğu kimi, lirik bir şair kimi də  böyük sənətkardır.

     Professor Xəlil Yusiflinin müəllifi olduğu  Nizami Gəncəvinin lirik şerlərinin  tədqiqinə həsr edilmiş  “Nizaminin lirikası”  adlı monoqrafiya  ilk dəfə 1968-ci ildə nəşr edilmişdir.  Bu kitab  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  Sərəncamına əsasən 2021-ci ilin “Nizami ili”  elan olunması ilə əlaqədar  müəllifin  müxtəlif dövrlərdə  dahi şairin həyatının tədqiqi ilə bağlı  yazdığı məqalələr də əlavə edilməklə yenidən nəşr olunur.

      Monoqrafiya Nizami Gəncəvinin lirik şerlərinin tədqiqi ilə bağlı aparılacaq yeni tədqiqatlar üçün qiymətli mənbə, Nizamisevərlərə  sanballı töhfədir.