XƏBƏRLƏR
16.11.2021 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİ NAFTALAN NEFTİ VƏ SƏTHİ AKTİV MADDƏLƏR LABORATORİYASINDA CARİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏR

   AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun   “Naftalan nefti və səthi aktiv maddələr”  laboratoriyasında   ötən il  həyata  keçirilmiş elmi-tədqiqat işlərinin  yekunlarına  həsr olunmuş   hesabat yığıncağı keçirilmişdir.

   Bölmənin  laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru   İlahə Cəfərova “ Naftalan neftinin və tullantılarının bentonit, seolit əsasında alınmış adsorbentlərlə kanserogen  birləşmələrdən təmizlənməsi”  mövzusunda hesabatı  dinlənilmişdir.     

   Hesabatda  qeyd edilmişdir ki,  “Naftalan nefti və səthi aktiv maddələr”  laboratoriyasının apardığı elmi tədqiqat işinin məqsədi Naftalan neftinin və tullantılarının yerli xammal  (bentonit, seolit) əsasında alınmış adsorbentlərlə kanserogen birləşmələrdən təmizlənməsidir. Elmi tədqiqat işi iki istiqamətdə yerinə yetirilmişdir.

   Qeyd edilmişdir ki,  mövzu üzərində elmi-tədqiqat işləri apararkən  elmi tədqiqat işi fiziki metodlara əsaslanmışdır. Prosesin gedişində həlledicinin və adsorbentin seçilməsi mühüm hesab olunur.  

   Naftalan neftini və tullantılarını kanserogen birləşmələrdən təmizləmək məqsədilə yerli xammallar əsasında yeni tərkibli adsorbentlər hazırlanmış, adsorbsiya xüsusiyyətləri öyrənilmiş və tədqiq edilmişdir.  

   Alınan nəticələr göstərir ki, müalicəvi neftin təklif olunan  texnologiyası daha əlverişlidir,  Naftalan yağı almağa imkan verir.

   Laboratoriyada  “Müxtəlif təyinatlı işlənmiş  sürtgü  yağlarının yenidən  bərpasının tədqiqi” mövzusunda aparılan  elmi tədqiqat  işlərinin məqsədi  müasir  tələblərə uyğun  sürtkü yaşlarının istismardan sonra regenerasiuyasını  təmin etməklə tətbiq  sahələrini  araşdırmaqdan ibarətdir. 

   İşlənmiş yağların  təkrar istehsala qaytarılması  onlarəın ilkin  tətbiq sahəsindən,  yeni texnikanın  növündən, iş rejimindən,  yağın dəyişilmə müddətindən  və sairdən asılıdır.  Eyni mühərrikdə məlim məsafələrlə işlnmiş və bərpa olunmuş yağların fiziki-kimyəvi  göstəriciləri təyin edilmiş və ilkin göstəricilərlə müqayisə edilmişdir.   

   Hesabat  ətrafında müzakirələrdə  kimya üzrə fəlsəfə doktorları Mahirə Şərifova və İmran Qasımov, elmi işçi Mehriban məmmədova,  Rasim Tağıyev və başqaları çıxış edərək Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasında  hesabat ilində həyata  keçirilmiş  elmi-tədqiqatlar işlərinin  əhəmiyyətini qeyd etmiş,  əldə olunan elmi nəticələri   qənaətbəxş hesab etmişlər. 

   Qeyd  edilmişdir ki,  aparılan elmi-tədqiqat işləri əsasında il ərzində   12 məqalə işlənmiş və   dərc edilmişdir. 

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev   il ərzində  həyata keçirilmiş elmi-tədqiqat işlərinin  nəticələri haqqında   fikir və  mülahizələrini   bildirmiş,  laboratoriyanın qarşısında duran elmi-tədqiqat  işləri  bağlı bir sıra tövsiyələr vermişdir.