AMEA GƏNCƏ BÖLMƏSİNDƏ “NİZAMİ GƏNCƏVİ İLİ”NƏ HƏSR OLUNAN ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə verdiyi sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və AMEA Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi və elmi-praktiki konfrans keçirilmişdir.
Sərgidə Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş Nizamişünas alimlərin monoqrafiyaları, kitabları və nəşr olunmuş jurnallar nümayiş etdirilmişdir.
Bölmənin sədri, akademik Fuad Əliyev elmi-praktik konfransı açaraq hörmətli qonaqları salamlamış, sonra Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə konfrans öz işinə başlamışdır.
Konfransda yerli və xarici Nizamişünas alimlərin dahi şair haqqında fikirlərindən video süjetlər iştirakçılara təqdim olunmuşdur.
Elmi-praktik konfransda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva “Nizami Gəncəvi irsinin araşdırılmasında informasiya resurslarının rolu”, Mərkəzi Elmi Kitabxananın İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədova “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliğu”, Mərkəzi Elmi Kitabxananın Avtomatlaşdırma və proqram təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyeva “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” biblioqrafik göstəricisi” mövzularında mərizələr dinlənilmişdir.
Gəncə Bölməsinin əməkdaşları - Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyevanın “Gəncəli şair Nizami qlobal şəxsiyyətdir”, elmi işçi Vüsalə Hüseynovanın “Şeyx Nizami irsinin təbliğində Gəncə kitabxanalarının əhəmiyyərti”, böyük elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyevanın “XXI столетие размышления о поете ХII века Низами Гянджеви”, böyük elmi işçi , filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, elmi işçi Xəyalə Hüseynovanın “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd peyğəmbərlik və insanlıq etalonu” və elmi işçi Türkan Verdiyevanın “Nizami Gəncəvi irsinin dünya ədəbiyyatına təsiri” mövzularında mərizələri dinlənilmişdir.
Elmi-praktik konfransın iştirakçıları müzakirə olunan məsələrlə bağlı çıxışlar etmişlər.
Sonda akademik Fuad Əliyev ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən keçirilən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans və sərginin əhəmiyyətini yüksək qiymətləndirmiş, məruzə və çıxışlarda səslənən fikir və təkliflərin dahi mütəfəkkirin ədəbi irsinin daha dərindən tədqiqi və təbliğində əhəmiyyətini xüsusilə qeyd etmişdir.
Təklif olunmuşdur ki, elmi-praktik konfransın materialları kitabça şəklində nəşr edilərək elmi-tədqiqat institutları , kitabxanalar və məktəblərə təqdim olunsun.