XƏBƏRLƏR
27.05.2022 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində "Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

   Tariximizdə  millətimizin azadlıqsevərlik xüsusiyyətini xarakterizə edən  şərəfli səhifələrdən biri də 1920-ci ildə Azərbaycanın 11-ci  Qırmızı ordu tərəfidən işğalına qarşı Gəncədə alovlanan üsyandır.

   AMEA Gəncə Bölməsi tərəfindən 1920-ci ilin may ayında bolşevik istilasına qarşı Gəncə üsyanının 102-ci ildönümünə həsr olunan “Gəncə üsyanı – azadlığın bayraqdarıdır” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

   Konfransdakı giriş sözündə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev  tariximizin şərəfli səhifələrindən olan, xalqımızın əyilməzlik simvollarından biri kimi xarakterizə edilən,  1920-ci ildə bolşevizmə qarşı Gəncədə alovlanan üsyanın mahiyyəti və onun vətənpərvərlik nümunəsi kimi təbliği və elmi tədqiqi məsələlərindən danışıb.

   Konfransıda Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının müavini  Adil Tağıyev də iştirak edib.

   Respublika elmi-praktik konfransına onlarla tədqiqtçı öz məruzələrini təqdim edib. Məruzələr aşağıdakı mövzuları əhatə edib:

  1. “1920-ci il Gəncə üsyanı haqqında xarici tarixşünaslıq” - Həsənbala Sadıqov, AMEA Gəncə Bölməsi, professor
  2. “11-ci Qırmızı ordunun Gəncə qəzasında işğalçı fəaliyyəti (1920-ci il)” - Əzizə Nəzərli, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, dosent
  3. “Azərbaycan-Rusiya münasibətləri tarixi rusdilli mənbələrdə” - Aypara Rüstəmova, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, dosent
  4. “1920-ci il Gəncə hadisələri ədəbi-bədii düşüncədə” - Bədirxan Əhmədov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, professor
  5. “Azərbaycan tarixində Demokratik Cümhuriyyətin rolu” - Nigar Axundova, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, dosent
  6. “İstiqlal fədailərinin mühacirət həyatı” - Mahiyyə Kərimova, Azərbaycan Milli Xalça Muzeyi, baş kitabxanaçısı
  7. “Gəncə Azərbaycan milli-azadlıq hərəkatının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi” - Nərgiz Rəsulova Gəncə Dövlət Universiteti, dosent
  8. “Gəncə üsyanı ərəfəsində erməni xəyanəti” - Elza Paşayeva, Gəncə Dövlət Universiteti, dosent
  9. “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və 1918-ci il iyun böhranı” - Cavid Bağırzadə, Gəncə Dövlət Universiteti, dosent
  10. “Gəncə üsyanı istiqlal uğrunda mübarizənin göstəricisidir” – Hüseyn Bəxtiyarov, Gəncə Dölət Universiteti, dosent
  11. “Gəncə üsyanının xalq qəhrəmanlarından Sarı Ələkbər” - Zakir Muradov, AMEA Gəncə Bölməsinin əməkdaşı
  12. “Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifpərvər ziyalı qadınlar” - Mətanət Əliyeva, AMEA Gəncə Bölməsi, böyük elmi işçi
  13. “Azərbaycanın milli istiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” - Samirə Qasımova, Azərbaycan Dövlət Aqrar Universiteti, dosent
  14. “Cümhuriyyət dövrünün fəal qadınlarından Şəfiqə Əfəndizadə” - Səba Namazova, Gəncə Dövlət Universiteti, dosent
  15. “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” - Sevda Abdullayeva, Azərbaycan Dövlət Aqrar Universiteti, dosent
  16. “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvan məsələsi” - Səbinə Əlizadə, Azərbaycan Dövlət Aqrar Universiteti, baş müəllim
  17. ”Azərbaycan Xalq Cümhuriyyətinin ədəbiyyatımızda təcəssümü” - Əlimuxtar Muxtarov, AMEA Gəncə Bölməsi, böyük elmi işçi

   Bu çıxışlardan əlavə, daha 6 məruzə konfransın materialları sırasına daxil edilib.

   Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev bu elmi konfransın yüksək səviyyədə keçdiyini bildirərək, onun təşkilatçıları və iştirakçılarına təşəkkürlərini çatdırıb. O, həmçinin  AMEA Gəncə Bölməsində  bu cür dəyərli elmi tədbirlərin mütəmadi keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

   Konfransın yekununda AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev bu elmi tədbirin materiallarının tədqiqtçılar üçün faydalı olacağını qeyd edib. O, həmçinin Bölmə tərəfindən buraxılmış, Gəncə üsyanına dair sanballı araşdırma materiallarını özündə birləşdirən kitabı da təqdim edib.