AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN 2022-Cİ İLİN “ŞUŞA İLİ” ELAN EDİLMƏSİ İLƏ BAĞLI VERDİYİ SƏRƏNCAMINA UYĞUN OLARAQ “QARABAĞ ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ” RESPUBLİKA KONFRANSI.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN 2022-Cİ İLİN “ŞUŞA İLİ” ELAN EDİLMƏSİ İLƏ BAĞLI VERDİYİ SƏRƏNCAMINA UYĞUN OLARAQ
“QARABAĞ ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ” RESPUBLİKA KONFRANSI.
5-6 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda keçiriləcək respublika konfransi barədə
M Ə L U M A T
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi 5-6 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçirəcək.
Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Sərəncamına əsasən təşkil ediləcək. Konfransın məqsədi Şuşa şəhərinin tarixini, görkəmli şəxsiyyətlərini, milli-mənəvi və sosial-mədəni irsini, ədəbiyyatını, incəsənətini, memarlığını müxtəlif aspektlərdən araşdırmaqdan ibarətdir.
Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, Şuşa şəhərinin Azərbaycan ədəbi irsində yeri, incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələri, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.
Konfransa alimlər, elmi işçilər, doktorant və magistrlar məruzə və tezislərini təqdim edə bilərlər.Tezislər orijinal, heç bir yerdə dərc edilməmiş, 14 “Times New Roman” şriftli, kənarları 2 sm. aralıq və 1.5 intervalla, rus, ingilis dillərində xülasə və açar sözlərlə tərtib edilən 2-3 səhifə həcmində olmaqla aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.
Məqalələrin təqdim olunması üçün son tarix: 20.04.2022-ci il.
Təşkilat komitəsi – AMEA Gəncə Bölməsi
Əlaqə telefonu: (022) 256 16 33
(050) 688 15 98
Poçt ünvanı: alimuxtar@gmail.com