
"NİZAMİ GƏNCƏVİ POEZİYASININ AZƏRBAYCAN BƏSTƏKARLARININ VOKAL ƏSƏRLƏRİNDƏ TƏCƏSSÜMÜ"
Müəllif: Sevda Qurbanəliyeva
professor, əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar müəllimi, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyevanın “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” kitabı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin poetik irsinin Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü məsələlərinə həsr olunub.Monoqrafiyada Nizami Gəncəvinin lirik əsərlərinə yazılmış 30-a yaxın musiqi əsəri təhlil edilərək onların ümumi cəhətləri qeyd olunur . Tədqiqat işində Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin şeirləri vokal əsərlərdə musiqi mətninin milli xarakteri Nizami poeziyası ilə üslub birliyində özünü göstərir.
Nizami Gəncəvi irsinə müraciət edən Azərbaycan bəstəkarları yaratdıqları musiqi əsərləri ilə dünya musiqi mədəniyyətini daha da zənginləşdirmişlər.
Kitabda Nizami Gəncəvinin poetik irsini Azərbaycan bəstəkarlarının yaradıcılığında əks etdirən əsərlərin haqqında məlumatları göstərilməklə (bəstəkarları, janrları və yazılma tarixləri) təqribi siyahısı da yer alır. Bundan əlavə son zamanlar Nizami Gəncəvi irsi və musiqinin vəhdəti mövzusunda nəşr olunan bir sıra kitabların adları qeyd edilir.
Monoqrafiyada musiqiçilərin diqqətinə səbəb olacaq daha bir cəhət isə not nümunələrinin göstərilməsidir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyevanın “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” kitabı Nizami irsinin təbliğinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, konsert və tədris repertuarlarında təqdim olunan əsərlərdən geniş istifadə olunmasına xidmət edir.
AMEA Gəncə Bölməsi, “Elm” nəşriyyatı – 2021