XƏBƏRLƏR
10.05.2023 / Mühüm hadisələr
Gəncə alimlərindən Ulu Öndərin 100 illiyinə töhfə

“HEYDƏR ƏLIYEV VƏ GƏNCƏ” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB

   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının işığında, AMEA Gəncə Bölməsi tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində “Heydər Əliyev və Gəncə” adlı monoqrafiya ərsəyə gətirilib. “Elm” nəşriyyatında çapdan çıxan bu nəfis kitab Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncədə keçirilən ümumşəhər tədbiri zamanı geniş ictimaiyyətə təqdim olunub.

   “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən monoqrafiyanın yazılmasında məqsəd Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan bu dahi şəxsiyyətin Respublikaya rəhbərlik etdiyi dövrdə Gəncə şəhərində ictimai-siyasi və iqtisadi sahədə həyata keçirdiyi nəhəng layihələri bir daha yada salmaq, onların mahiyyətini gələcək nəslə çatdırmaq və şəhərimizin inkişafında rolunu qeyd etməkdir. Ümum­mil­li li­der Hey­dər Əli­yev ir­si­nin öy­rə­nil­mə­si və hə­ya­ta ke­çir­di­yi möh­tə­şəm işlərin təd­qi­qi və araş­dı­rıl­ma­sı müs­tə­qil döv­lət­çi­li­yi­mi­zin qo­ru­nub sax­la­nıl­ma­sın­da və in­ki­şa­fın­da bö­yük əhə­miy­yət kəsb edir” – deyə, kitabın giriş hissəsində qeyd olunub.

   Respublikamızın ikinci şəhərinin başlıca elm ocağının, AMEA Gəncə Bölməsinin  əməkdaşlarının Ulu Öndərin yubileyinə daha bir ərməğan kimi sevə-sevə hazırladıqları “Heydər Əliyev və Gəncə” monoqrafiyası layihəsinin rəhbəri Bölmənin sədri, akademik Fuad Əliyevdir. Zövqlü tərtibatda nəşr olunan kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə Gəncəyə səfərləri barədə müfəssəl məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının və  dialoqlarının tam mətnləri, Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ulu Öndərlə bağlı xatirələri yer alıb.

   Kitab istər elmi-populyar, istər də tədqiqat məqsədləri üçün mötəbər mənbə sayıla bilər.