Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərkibində Beynəlxalq Əlaqələr Şöbəsinin Strateji Prioritetləri
Elmi İnkişaf üçün Diplomatik Əməkdaşlıq:
- Beynəlxalq Elmi Tərəfdaşlıqların Təşviqi: Bilik mübadiləsini təşviq etmək üçün beynəlxalq elmi qurumlar və təşkilatlarla əlaqələrin fəal şəkildə inkişaf etdirilməsi.
Beynəlxalq Elmi İştirakı Asanlaşdırmaq:
- Birgə Tədqiqat Layihələri və Akademik Mübadilələr: Birgə tədqiqat təşəbbüsləri və akademik mübadilə proqramları vasitəsilə birgə səylərin asanlaşdırılması.
- Beynəlxalq Konfranslarda fəal iştirak: Azərbaycanın elmi nailiyyətlərini nümayiş etdirmək və qlobal müzakirələrə töhfə vermək üçün beynəlxalq konfrans və seminarlarda iştirak etmək.
Azərbaycanın elmi şücaətini nümayiş etdirmək:
- Beynəlxalq elmi tədbirlərə ev sahibliyi etmək: Azərbaycanın imkanlarını elmi ictimaiyyətdə nümayiş etdirmək üçün konfrans və simpoziumların təşkili.
- Tədqiqat və İnnovasiyaya Xaricdə Diqqəti cəlb etmək: Azərbaycan tədqiqat və innovasiyalarına qlobal diqqəti cəlb edən ortaq platformaların yaradılması, beynəlxalq əməkdaşlığın təşviqi.
Əlaqə:
Telefon: +994 55 338 09 02
E-poçt: simuzer.qafarli21@bk.ru
16.11.2020
AMEA Gəncə Bölməsi ümumrespublika konfransında təmsil olunmuşdur
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 13 noyabr 2020-ci il tarixində "Qələbə günü" mövzusunda gənc alimlərin ümumrespublika onlayn seminar-konfransı keçirilmişdir. Tədbirdə ilk olaraq torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda aparılmış döyüşlərdə canlarından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açıq elan edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Azərbaycanın müzəffər və rəşadətli ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə tədbir iştirakçılarının timsalında bütün alimlərimizi və gənc mütəxəssisləri təbrik etmişdir. O, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirməklə, onu da bildirdi ki, bu tarixi zəfər xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunmuşdur.
Şura sədri qeyd etdi ki, 44 günlük Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşında böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk.
F.Salmanov Akademiya gəncliyinin onlarla nümayəndəsinin könüllü olaraq döyüşlərə qatıldığını, həmçinin, ayrı-ayrı alim və mütəxəssislərin fərdi və ya qrup halında həm informasiya mübarizəsində, və həm də Silahlı qüvvələrimizə, onların ailə üzvlərinə maddi dəstək göstərildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 10 noyabr 2020-ci il tarixini hamımızın xatirəsində əbədi yaşayacaq bir gün kimi səciyyələndirdi. O, milli birliyin qüdrətindən və Azərbaycan xalqının tolerantlığından söz açaraq qeyd etdi ki, "30 il bizim zəifliyimiz deyildi, bu bizim tolerantlığımızdır. Mənfur qonşularımız bizim bu addımlarımızı heç vaxt düzgün qiymətləndirə bilmədi, bizi hərbi yolla bu məsələni həll etməyə məcbur etdi. Şəhid valideynlərinin, əsgər analarının qarşısında baş əyirik".
Ə.Sadıqov milliyyətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımızın bir yumruq kimi cənab Ali Baş Komandanın ətrafında birləşərək düşmənə qarşı səfərbər olmasının Böyük Qələbəmizi şərtləndirən səbəblərdən olduğunu diqqətə çatdırmışdır.
Bundan sonra gənclərin üzərinə iki qat məsuliyyət düşdüyünü deyən akademik-katib onların ilk növbədə yüksəkixtisaslı, müasir texnologiyalara bələd, peşəkar kadr olmaq üçün səy göstərmələrinin zəruriliyini vurğulamışdır.
Tədbirdə AMEA Rəyasət Heyəti Aparatı Elm və Təhsil İdarəsinin rəis müavinləri - Vüqar Haqverdiyev, dosent Hüseyn Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, AMEA-nın Dubna Nüvə Tədqiqatları Mərkəzinə ezam olunan tədqiqatçısı, dosent Mətləb Mirzəyev, AMEA YAP ərazi təşkilatının sədri, dosent Ulduza Möhvalıyeva, Gənc Alim və Mütəxəssislər şuralarının institutlar üzrə sədrləri və ayrı-ayrı gənc alim və mütəxəssislər çıxış edərək öz fikirlərini bildirdirərək xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Tədbirdə AMEA Gəncə Bölməsini təmsil edən elm üzrə Prezident mükafatçısı, Bölmənin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış etmişdir.
10.08.2020
GƏNCƏ BÖLMƏSİNİN GƏNC ALİMLƏRİ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞLƏR
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dəstəyi, Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda beynəlxalq onlayn interaktiv seminar keçirilmişdir.
AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqovun moderatorluğu ilə “Zoom” platforması üzərindən baş tutan beynəlxalq onlayn seminara AMEA-nın müxtəlif elmi müəssisələrində çalışan, habelə xarici ölkələrdə (ABŞ, Kanada, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa və s.) təhsil alan və tədqiqat aparan azərbaycanlı gənc alim və mütəxəssislər, o cümlədən doktorant və dissertantlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə münasibət bildirmışdir. O, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşmənin bu təxribatına qarşı sərt mövqe nümayiş etdirməsini, onun rəhbərliyi ilə ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsini və onu susdurmasını, eləcə də xalqımızın öz dövlətinə və onun rəhbərinə sədaqət nümayiş etdirməsini yüksək qiymətləndirmişdir.
Akademik-katib Ə.Sadıqov vurğulamışdır ki, Akademiyanın Prezidenti akademik Ramiz Mehdiyev başda olmaqla, xalqımızın əsas ziyalı təbəqəsinin cəmləşdiyi Milli Elmlər Akademiyası və Rəyasət Heyətinin üzvləri, çoxsaylı alimləri, o cümlədən gənc mütəxəssisləri bütün bu prosesləri diqqətlə izləmiş, xalqımızın aparıcı intellektual qüvvəsi kimi ölkə başçısının yanında olduqlarını əməli fəaliyyətləri ilə nümayiş etdirmişlər.
Sonra çıxış edən AMEA Gənc alim və mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Elm və Təhsil idarəsinin rəisi, fəlsəfə doktoru Fail Kazımov, Xarici əlaqələr idarəsinin rəisi, dosent Esmira Əlirzayeva və digər çıxış edənlər gənc tədqiqatçıların pandemiya dövründə əldə etdikləri nailiyyətləri diqqətə çatdırmış, gənc alimlərin böyük bir qisminin könüllü surətdə səfərbərlik üçün qeydiyyatdan keçdiklərini bildirmişlər.
Seminarda AMEA Gəncə Bölməsini Gənc alim və mütəxəssislər Şurasının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov təmsil etmişdir.
25.10.2019
Ekoloji problemlərin həllinə dair seminar
Bu gün dünya alimlərini maraqlandıran ən qlobal məsələlərdən biri də ekoloji təmiz mühitin əldə olunmasıdır. Bir çox elmi mərkəzlərdə olduğu kimi, AMEA-nın Gəncə Bölməsində Qərb bölgəsinin tullantılarının monitorinq olunması və əldə olunan nəticələr əsasında yeni texnoloji üsulların hazırlanmasıdır.
Bu məqsədlə AMEA Gəncə Bölməsində Rusiyanın Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birlikdə ekoloji tədqiqatlar mövzusunda seminar keçirmişdir.
Seminarda Bölmənin elmi-tədqiqat İnstitutları ilə bərabər, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin alimləri və laboratoriya müdirləri iştirak etmişlər.
Seminarı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq qonaqları səmimi salamlamış və qeyd etmişdir ki, davamlı inkişaf naminə dünyanı zərərli amillərdən xilas etmək məqsədilə bu seminar həyata keçirilir. Ekoloji problemlərin həlli sahəsində şəhərimizin alimləri Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edərək bir çox sahələrdə tədqiqatylar aparırlar. Seminarda Dubna BNTİ-nun əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Mədətzadə birgə aparılan elmi tədqiqatlar haqqında məlumat vermişdir. Seminarda müxtəlif ərazilərdən toplanan mamır nümunələrində ağır metalların və radionuklidlərin təyini işinin mahiyyəti, sənayenin ətraf mühitə təsinin ekoloji qiymətləndirilməsi, atmosferdə olan ağır metalların təyin olunması və ekoloji xəritənin tərtib edilməsi barədə hesabat dinlənilmişdir.
Qeyd edilmişdir ki, tədqiqat məqsədilə Göygöl rayonu və Daşkəsən-Gədəbəy ərazilərindən toplanan ümumilikdə 85 nümunə analiz üçün hazırlanmış və Dubna BNT Mərkəzinə göndərilmiş, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyən edilmişdir. Qərb regionu üçün sənaye müəssisələrinin atmosfer havasına göstərdiyi təsirin ekoloji qiymətləndirilməsi, eynilə Avropanın paytaxt şəhərlərində də həyata keçirilmişdir.
Qeyd edilmişdir ki, tədqiqatlar BMT-nin ətraf mühitin qorunması proqramı çərçivəsində həyata keçirilir.
Akademik Fuad Əliyev seminarın işinə yekun vuraraq demişdir ki, müasir dövrdə ekoloji tədqiqatların aparılması taleyüklü məsələdir və bu sahədə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə aparılan elmi işlər günümüzün ən vacib məsələlərindən biridir.
Sonda seminarın mövzusu ətrafında geniş elmi müzakirələr aparılmış, iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.