
26.12.2019 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARI BƏLƏDİYYƏ ÜZVÜ SEÇİLMİŞLƏR
AMEA GƏNCƏ BÖLMƏSİNİN ƏMƏKDAŞLARI BƏLƏDİYYƏ ÜZVÜ SEÇİLMİŞLƏR
Ölkəmizdə Bələdiyyələrə növbəti seçkilər uğurla başa çatmışdır. Yerli özünüidarə orqanında təmsil olunmaq üçün keçirilən seçkilərdə Bölməmizin iki əməkdaşı - Gənc Alim və Mütəxəssislər Şurasının sədri Həsənov Elnur Lətif oğlu və doktorant Vəliyeva Çimnaz Qabil qızı da iştirak etmiş və uğur qazanmışlar. Həsənov Elnur Lətif oğlu 11820 nəfər seçici səsi toplayaraq Gəncə şəhər Kəpəz Bələdiyyəsinə, Vəliyeva Çimnaz Qabil qızı isə 9774 nəfər seçici səsi ilə Gəncə şəhər Nizami Bələdiyyəsinə üzv seçilmişlər.
Bölmənin əməkdaşlaı adından hər iki gəncimizi təbrik edir, onlara yerli özünüidarə orqanının fəaliyyətində uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.