XƏBƏRLƏR
19.10.2021 / Görüşlər
AZƏRBAYCAN RESPUBLİKASININ MÜSTƏQİLLİK GÜNÜNÜN BƏRPASINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

     AMEA  Gəncə Bölməsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpası münasibətilə tədbir keçirilmişdir.                       

     Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə  şəhər  ağsaqqallar və veteranlar  şuralarının üzvləri,  ziyalılar,  Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvləri  iştirak etmişlər. 

     Tədbir  iştirakçıları  torpaqlarımızın azadlığı uğrunda şəhid və qazi olmuş Azərbaycan vətəndasşlarının xatirəsini etiramla  yad etmişlər.      

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yığıncağı giriş   sözü ilə açaraq  demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin şəhərimizdə fəaliyyətə başlamasından artıq 100 ildən çox vaxt keçməsinə baxmayaraq, gəncəlilər daim bu tarixi günü yad edirlər. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı ikinci dəfə müstəqillik əldə edib.

     Bu tarixi məqamlar burada iştirak edən hər bir ziyalının gözləri qarşısında həyata keçmiş və sözsüz ki, konfran siştirakçıları öz ürək sözlərini iştirakçılara çatdıracaqlar. Ulu Öndərin siyasətini uğurlasr davametdirən cənab İlham Əliyev dövlət müstəqilliyimizin daha da inkişafı naminə 30 ilə ərzində əsarətdə qalan torpaqlarımızı 44 gün ərzində müdrik siyasəti və hərbi strategiyası əsasında erməni qəsbkarlarından tamamilə azad edərək Qarabağın inkişafı naminə ağıllı kəndlərin, şəhərlərin yaradılmasına, yeni beynəlxalq hava limanı, nəqliyyat magistralının fəaliyyətə başlamasına imkan yaratmış və onlardan bəziəri artıq fəaliyyət göstərməkdədirlər.

     Bu illər ərzində 300-dən artıq yaşayış məntəqəsi məhv edilmiş, daşı daş üstə qoyulmamışdır. Sözsüz ki, bunların bərpa olunmasına hər bir vətəndaş ölkə Prezidentinin yanında olacaqdır.

     Fuad Əliyev sözünə davam edərək dedi  ki, 44  gün Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Alimlərimizin borcudur ki, bu şanlı tarixi məqamları araşdıraraq onun yaranma tarixini və köklərini qələmə alaq. Əldə olunan bu qələbə  xalqımız üçün  böyük  zəfər səlnaməsi olmaqla   bərabər, həm də   gənc  nəslin   dövlətçilik, vətənpərvərlik ruhunda  tərbiyə olunmasında çox  qiymətli mənbədir. Heç təsadüfi deyildir ki,  son illər  Bölmə alimləri tərəfindən  Azərbaycan xalq Cümhuriyyətinin yaranma tarixinin Azərbaycan Dövlət Arxivi materialları əsasında araşdırılaraq  Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında dövlət qərarları və sərəncamları, tarix elmləri doktoru, professor  Həsənbala Sadıqovun  “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası (1918 – 1920)”, Həsənbala Sadıqov  və informasiya texnologiyaları şöbəsinin baş mütəxəssisi  Nailə Mirzəyevanın “Azərbaycan Xalq Cümhuriyyəti haqqında Dövlət Qərarları 1991-2018”, Həsənbala Sadıqovun “Azərbaycan Xalq  Cümhuriyyətinin paytaxtı  və mübariz qərargahı  Gəncə”, “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri” və  Rafat Cuvarlinskinin  “Bir nəsildən tarixə töhfə”  kitabları nəşr edilmişdir.  

     Tədbirdə Ağsaqqalar  şurasının sədri, professor Xalid   Qurbanov,   Veteranlar təşkilatını sədri Yusif Məmmədov,  Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova,  Bölmənin Tarix şöbəsinin müdiri professor  Həsənbala  Sadıqov,  veteranlar  Fəxrəddin Usenov, Mobil İmanov,  veteran, xalq artisti  Məmmədəli Balayev, laboratoriya müdiri İmran  Qasımov və başqaları çıxış edərək  Azərbaycan dövlətçiliyinin yaranma tarixi haqqında maraqlı materiallarla çıxış etmiş, ölkə parlamentinin müstəqillik  gününün bərpası ilə bağlı qərarının əhəmiyyətini qeyd etmiş,  müstəqillik mübarizəmizin  tarixinə nəzər salaraq,  bu şanlı  səlnamədə  Gəncə  şəhərinin yeri və rolu haqqında qürurla  çıxışlar etmişlər.

     Qeyd edilmişdir ki, müstəqillik  tariximiz çox taleyüklü, keşməkeşli olmuş və qonşu ölkələr tərəfindən təcavüzlərə məruz qalmışdır. Yalnız 1993-cü il  iyunun 15-də Ümummilli lider Heydər Əliyevin  xalqın təkidi və tələbi ilə respublikamıza siyasi rəhbərliyə qayıtdıqdan sonra,  onun zəngin dövlətçilik və siyasi təcrübəsi, qətiyyəti və böyük uzaqgörənliyi  sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edildi. Ona görə də  Ulu öndərin adı  tariximizə  müstəqil  Azərbaycan dövlətinin qurucusu kimi qızıl hərflərlə yazılıb.                   

     Çıxış edənlər ümummilli liderin  siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin məqsədyönlü xarici siyasəti və milli birliyin əldə olunması nəticəsində  ölkəmiz regionda lider dövlətə  çevrildiyini  xüsusilə vurğulamış, müstəqil daxili və xarici  siyasət nəticəsində Azərbaycanın regionda deyil, Beynəlxalq  miqyasda da söz sahibi  olan ölkə kimi tanındığını qeyd etmişlər. 

     Akademik Fuad Əliyev tədbirə yekun vuraraq müstəqilliyimizin bərpası  günü münasibətilə bütün Azərbaycan xalqını dövlət müstəqliyyimizin bərpası günü münasibətilə təbrik etmiş, bu tarixi günlərin iştirakçısı və şahidi olan veteranlara öz  dünyagörüşü və zəngin təcrübələrinin gənc  nəslə  daha dərindən aşılanmasında uğurlar arzulamışdır.