XƏBƏRLƏR
05.07.2019 / Mühüm hadisələr
Pərvin Kərimzadə AMEA Gəncə Bölməsi Qadınlar Təşkilatının fəxri üzvü seçilib

AMEA Gəncə Bölməsinin 7 nəfər üzvü olan Qadın Təşkilatı yaradılıb. Milli Məclisin üzvü Pərvin Kərimzadə AMEA Gəncə Bölməsi Qadınlar Təşkilatının fəxri üzvü seçilib.

AMEA  Radiasiya Problemləri İnstitunun Qadınlar Şurasının sədri, professor Rəvan Mehdiyeva bildirib  ki, qadınların elmdə olan çətinlikləri və qarşıya çıxan problemlərin həlli üçün belə bir təşkilatın olması çoxdan lazım idi. Biz belə bir təşkilatın bölgələrdə də yaradılması qərarına gəldik. İlk olaraq Gəncədən başladıq. Birinci Gəncədən başlamağımızın əsas səbəblərindən biri Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin kifayət qədər böyük kollektivinin olması və ilk demokratik Respublikanın Gəncdə fəaliyyətə başlayıb.

Qeyd edək ki, il yarım əvvəl AMEA-nın Rəyasət heyətinin qərarı ilə Qadınlar Şurası təsis edilib. Bundan sonra akademiyanın bütün instititları, bölmələri və mərkəzlərində bu şuralar qadın təşkilatları formasında təsis olunub.